AzTehsil.com


Xəbərlər
09 dekabr 2019
1 678


“Kreativ Azərbaycan” portalının təqdimatı



“Kreativ Azərbaycan” portalının təqdimatı

 

Dekabrın 9-da Bakı Konqres Mərkəzində "Kreativ Azərbaycan” portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan söz açıb. Qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərin milli iqtisadiyyatda vacib rola malik olduğunu və perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı və yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir.

Bildirib ki, dünya miqyasında yaradıcı sənaye anlayışı son 10 il müddətində çox böyük kütləni birləşdirərək tamamilə yeni məkanlara, yeni düşüncələrə insanları dəvət edərək cəmiyyətin inkişafına dəyərli töhfə verilməsinə şərait yaradır. "Azərbaycanda hazırda yaradıcı sənaye vahid bir idarəetmə təsisatı kimi hələ də cəmiyyət tərəfindən düşünülmür. Bu işə yeni təfəkkür gətirmək, yeni təkan vermək bugünkü tədbirin əsas məqsədlərindəndir. İkinci amil ondan ibarətdir ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Yaradıcı sənayelər davamlı inkişaf naminə" ili kimi qəbul olunub. Üçüncü amil ondan ibarətdir ki, bu il Bakı səhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib. Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq”, - deyə nazir vurğulayıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə "Yaradıcı sənayelər: qlobal trendlər və yerli imkanlar" mövzusunda çıxış edib.

"Kreativ Azərbaycan” portalı haqqında məlumat verən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirib ki, "Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunub, həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərilib. Qeyd edib ki, portalın yaradılmasında məqsəd həmçinin Azərbaycanın yaradıcı məhsullarının "Kreativ Azərbaycan” brendi altında təşviqidir.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov da öz növbəsində müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb.

Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçirilib.

Panel sessiyada çıxış edən Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsində aparılan islahat və yeniliklərin ölkəmizdə yaradıcı sənayenin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. Təhsil naziri cari tədris ilindən ölkəmizin 42 ümumtəhsil məktəbində 6500 şagirdin cəlb olunduğu STEAM layihəsinin icrasına başlanıldığını, habelə növbəti ildən layihənin əhatə dairəsinin genişləndiriləcəyini və təhsilalanların sayının 20 minə çatdırılacağını diqqətə çatdırıb. Ceyhun Bayramov bu istiqamətdə həyata keçirilən tədbirləri qeyd edərək məktəblərə 3D formatlı printerlərin verildiyini, müəllimlərin İsraildə STEAM əsaslı təlimlərə qatıldığını bildirib. Nazir çıxışında yaradıcı potensialın inkişaf etdirilməsində xüsusi əhəmiyyəti olan "Rəqəmsal bacarıqlar" layihəsinin uğurla davam etdirildiyinə də toxunub.

Təhsil naziri çıxışında yeni dövrün çağırışlarına müvafiq olaraq təhsilalanların yaradıcı qabiliyyətlərinin və səriştələrinin inkişafı, onların əmək bazarına hazırlanması baxımından son illər ali və peşə təhsili sahəsində bir sıra məqsədyönlü islərin aparıldığını da diqqətə çatdırıb.   

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, "British Council" təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah da çıxış edərək yaradıcı sənaye barədə fikirlərini bölüşüblər.

Daha sonra interaktiv formada davam edən panel sessiyada  tədbir iştirakçılarının  sualları cavablandırılıb. edu.gov.az 

 



Загрузка...
Həmçinin oxuyun:
“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Maarifləndirici təlimin ilk günü başa çatıb

Maarifləndirici təlimin ilk günü başa çatıb

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir