AzTehsil.com


Xəbərlər
15 oktyabr 2019
1 707


“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans



“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

 

Oktyabrın 15-də "Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans keçirilib.

Konfransda Təhsil naziri Ceyhun Bayramov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Koreyanın ölkəmizdəki səfiri Kim Tong Op, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ölkəmizdəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların, eləcə də işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin peşə təhsilinin inkişafına xüsusi diqqətini vurğulayan nazir bildirib ki, "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyən olunub.

Ceyhun Bayramov deyib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsil naziri bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.

Peşə sahəsində beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən söz açan Təhsil nazirinin sözlərinə görə, yeni yaradılan Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə çatdırılacaq.

Sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz növbəsində peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin vacibliyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və birgə əməkdaşlığın daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov "Peşə təhsilinin sənayenin inkişafında rolu”, layihə mütəxəssisi Myonqon Şin isə "Koreyanın texnoloji inkişafının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimatlarla çıxış ediblər. 

Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.



Загрузка...
Həmçinin oxuyun:
Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"