Xəbərlər
19 sentyabr 2019
2 216


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

 

 
Sentyabrın 19-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib. İnfoturda media nümayəndələri və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak edib.

Mediaturun məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan yeni Peşə Təhsil Mərkəzi barədə media nümayəndələrinə məlumat vermək və onları mərkəzlə tanış etmək olub.

Əvvəlcə mərkəzin direktoru Rəşad Xanlarov media nümayəndələrinə məlumat verib ki, yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb.

Rəşad Xanlarov qeyd edib ki, mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadrların hazırlanması nəzərdə tutulur. Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılıb. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda 60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.

Bildirilib ki, mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib. Mərkəzin başlıca məqsədi sənaye ehtiyaclarına tabe olan rəqabətli kadr hazırlamaqdır.

Daha sonra media nümayəndələri mərkəzin dərs otaqları, emalatxanalar ilə tanış olublar.

Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, "Huawei”, "Mitsubishi”, "EduMedia”, "Subaru”, "Optimal Electronics”, "Tech Academy”, "Honda”, "Helind”, "Mazda”, "Azedunet”, "Toyota Azərbaycan”, "Mars Academy”, "Turox Aero Technologies”, "Baku Roofing Company” və "Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb.

Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Sənəd qəbulu bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Peşə məktəblərində yeni ixtisaslar

Peşə məktəblərində yeni ixtisaslar

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Yeni Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Yeni Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Bakı Dövlət Peşə Təhsili Mərkəzi şagird qəbuluna başlayır

Bakı Dövlət Peşə Təhsili Mərkəzi şagird qəbuluna başlayır

Məzunlara sertifikatlar təqdim olunub

Məzunlara sertifikatlar təqdim olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır