AzTehsil.com


Xəbərlər
29 iyul 2019
1 831


Məzunlara sertifikatlar təqdim olunub



Məzunlara sertifikatlar təqdim olunub

 

 
İyulun 29-da  "Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı” layihəsində iştirak etmiş  məzunlara sertifikatlar təqdim olunub.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov  layihənin əsas məqsədindən söz açıb. Qeyd olunub ki, Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2018-2019-cu tədris ilini başa vuran məzunları bu layihədə iştirak ediblər.Proqram peşə təhsili sektorundan olan məzunların bilik və bacarıqlarını təkmilləşdirməklə onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə yaradılıb.

"British Council” təşkilatının ölkə üzrə direktoru Samr Şah çıxış edərək Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən layihələrdən danışıb,  ölkəmizdə təhsilin  uğurla inkişaf etməsindən  məmnunluğunu  ifadə edib. Samir Şah birgə əməkdaşlıq çərçivəsində icra olunan layihənin səmərəliliyindən danışıb və  məzunları təbrik edib.

Tədbirdə bildirilib ki, hər il məzunların 60 faizinin turizm, qonaq qəbulu və xidmət sektorlarındakı aparıcı müəssisələrdən iş təklifi alması gözlənilir. Birləşmiş Krallığın sahibkarların təşəbbüsünə əsaslanan bacarıqlara və keyfiyyətə zəmanət üzrə təcrübəli People1st UK təşkilatı 20 nəfərə təlim keçib və müxtəlif peşə təhsili müəssisələrində təhsil alan aşpazlar, mehmanxana qapıçıları və təmizlik işçilərini təlim materialları ilə təmin edib. 2018-2019-cu illər üzrə proqrama cəlb edilmiş tələbələr Azərbaycanda aparıcı beş ulduzlu otellərdə təcrübə və peşə təlimi keçərək praktik iş təcrübəsi vasitəsilə turizm və qonaq qəbulu sektorlarında öz karyeralarına qədəm qoyublar.

Sonra "Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”na cəlb edilmiş mehmanxana biznesinin nümayəndələri də sözügedən layihənin əhəmiyyətindən danışaraq onun peşə təhsilinə töhfə verəcəyinə əminliklərini vurğulayıblar.

Daha sonra proqramı uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, "British Council”, eyni zamanda Bakıda, həmçinin regionlarda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməkdədir və aşpaz, oteldə konsyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisaslarını əhatə edir.




Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Direktorlar Şurasının ilk iclası

Direktorlar Şurasının ilk iclası

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir