AzTehsil.com

Xəbərlər / Abituriyent
08 avqust 2018
3 517

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Avqustun 6-dan 2018-2019-cu tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu  başlayıb.

Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə həyata keçirdiyi "ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılacaq. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılacaq.

"ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən "ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər.

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

11 mindən çox gənc ilk peşə-ixtisas təhsilinə cəlb olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK