11 mindən çox gənc ilk peşə-ixtisas təhsilinə cəlb olunub
Ötən il "ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11.684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, qəbul edilənlərin 20 faizinin orta attestat balı "4”dən yuxarı olub.
Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri "4” və ya "5” olanların sayı 2016-cı illə müqayisədə üç dəfə artıb.