AzTehsil.com


Xəbərlər
31 oktyabr 2019
1 518


“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans



“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

 

Oktyabrın 31-də "British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən "Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, "British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, ali təhsil müəssisələrinin, karyera və biznes qurumlarının təmsilçiləri, tələbələr iştirak ediblər. 

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə Dünya İqtisadi Forumunun Rəqabətlilik İndeksi üzrə Azərbaycanın göstəricilərinin yüksəldiyini diqqətə çatdırıb. Təhsil naziri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ölkəmizdə insan  kapitalının formalaşması, yüksəkixtisaslı mütəxəssis hazırlığı, ali məktəb məzunlarının iş və karyera inkişafı sahəsində görülmüş işlərdən danışıb.

Ceyhun Bayramov bildirib ki, müasir dövrdə rəqabətə davamlı, hərtərəfli  mütəxəssis hazırlığına nail olmaq üçün Azərbaycan hökuməti biliyə əsaslanan iqtisadiyyatın inkişafına mühüm önəm verir. Nazirin sözlərinə görə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaq üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıblar.

Təhsil naziri çıxışının sonunda Azərbaycan və Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığa toxunaraq ölkəmizin təhsil sisteminə verdiyi töhfələrə görə Britaniya Şurasına minnətdarlığını bildirib.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində bildirib ki, keyfiyyətli ali təhsil yerli və qlobal əmək bazarında gənclərin imkanlarını genişləndirir. Baronessa Emma Nikolson təhsil sahəsində Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığının vacibliyini qeyd edib və  ölkəsinin gələcəkdə də bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb. "British Council” təşkilatının "Məşğulluq üçün ali təhsil” proqramının əhəmiyyətinə toxunan Baronessa Emma Nikolsonun sözlərinə görə, proqramın əsas məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onların yerli və qlobal səviyyədə daha rəqabətə davamlı etməkdir. 

Daha sonra çıxış edən "British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah da bildirib ki, bu forum yeni ali təhsil proqramının ölkədəki mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək. Samr Şah bu proqram çərçivəsində tədqiqatçıların təcrübə mübadiləsinin baş tutacağını deyib. Samr Şah əlavə edib ki, konfrans məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır.

          Konfransda iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda "British Council” təşkilatının "Məşğulluq üçün ali təhsil” proqramına start verilib, onun üstünlüklərindən söz açılıb. Bildirilib ki, "British Council” müvafiq proqramın köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, insanların bilik və bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyir.

Daha sonra tədbir məşğulluq, mütəxəssis hazırlığı, karyera imkanlarına həsr olunmuş  təqdimatlarla  davam etdirilib.



Загрузка...
Həmçinin oxuyun:
Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib

Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Məzunlara sertifikatlar təqdim olunub

Məzunlara sertifikatlar təqdim olunub

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

Təhsil naziri ölkəmizə yeni təyin olunmuş səfir ilə görüşüb

Təhsil naziri ölkəmizə yeni təyin olunmuş səfir ilə görüşüb

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

Təhsil naziri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Təhsil naziri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Təhsil naziri “QS” beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb

Təhsil naziri “QS” beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb

Təhsil naziri Çində səfərdədir

Təhsil naziri Çində səfərdədir

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası