AzTehsil.com

Cəmiyyət / Abituriyent / Bakalavr / Magistr / Bölgə / Pedoqojitəcrübə / Yazarlar / Xəbərlər
08 mart 2025
415

“Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” adlı tədbir keçirilib

Quba filialında “Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” adlı tədbir keçirilib

AzTehsil.com xəbər verir ki, 7 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Azərbaycanda qadın hüquqları: tarixilik və müasirlik kontekstində” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev açıq elan edib, sözə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirləri ilə başlayıb: 

"Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar, onlar bizim nəslimizi artırırlar. Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər." Daha sonra direktor qeyd edib ki, şəhid anaları, bacılarını xüsusilə təbrik edir və səbirli olmalarını arzu edirəm. Şəhidlər cismani olaraq aramızda yoxdurlar, ancaq onlar bizim qəlbimizdə yaşayır və yaşayacaq. Yoldaşları, qardaşları şəhid olan bacılara səbr diləyirəm. Onlara qayğı hər biriminiz borcudur. Hər bir Azərbaycan kişisinin borcudur ki, qarşılarında baş əysin. Hər bir şəhid anasının, bacısının, həyat yoldaşının qarşısında baş əyirəm. Direktor həmçinin filialda çalışan qadın əməkdaşların da əməyini,zəhmətini yüksək qiymətləndirib, onların nümunəvi davranışlarına diqqət çəkib, bayram münasibətilə əməkdaşların sosial rifahını nəzərə alaraq mükafat yazıldığını qeyd edib.

Tədbirdə İnsan resursları şöbəsinin müdiri Seyid Cabbarov çıxış edib, filialın əməkdaşlarını təbrik edib, qadınların cəmiyyətdəki hüquq və vəzifələrindən söhbət açıb. 

 Daha sonra Şəhid Ruslan Bayramovun həyat yoldaşı, filialın tələbəsi İlahə Bayramova və Şəhidin övladı Arzu Bayramova onlara göstərilən diqqət və qayğıya, həm də tədbirin təşkilatçılığına görə filialın direktoru Y.Alıyevə təşəkkür ediblər. 

Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi İbrahim Piriyevin moderatorluğu ilə davam edən tədbirdə filialın tələbələrinin ifasında şeir nümunələri səsləndirilib, ADPU-nun Quba filialının qadın əməkdaşlarının filialdakı bir günlük fəaliyyətlərinə həsr edilmiş video-çarx nümayiş etdirilib. 

Tədbirin sonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə və Pedaqoji Universitetin Quba filialının ictimai-mədəni həyatında fərqləndiyinə görə bir qrup əməkdaş Filialın direktoru dosent Yusif Alıyevin əmri ilə (Maliyeva Mahirə İskəndər, Xəlilova Validə Saat, Əliyeva Təhminə Yasin, Heybətova Alyona Valeriy, Cabbarova Bikə Fərman, Nəbiyeva Natiqə Əsgər, Qasımova Fatimə Əzizağa, Kərimova Lalə Adil) bir qrup əməkdaş isə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyevin əmri ilə (Aysel Şeydayeva, Mahirə Malıyeva, Nübar Bayramova) təltif ediliblər.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatıb.

Ürəyi təmizdir, ruhu təmizdir,

Xəyalı bir nur tək sonsuz dənizdir,

Qadın bir anadır, ana əzizdir.

Qadınlar bayramınız mübarək olsun!

Həmçinin oxuyun:
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır