AzTehsil.com


Xəbərlər
27 aprel 2017
4 540


ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi



ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) həyata keçirdiyi "Açıq qapı günləri” layihəsi çərçivəsində aprelin 26-da Şamaxı Filialında müəllim peşəsinin şagirdlər arasında təbliği və onların peşəyönümü işinin səmərəli təşkili üçün "Açıq qapı günü” keçirildi. Tədbirdə Şamaxı rayon 1, 2, 3, 6, 9 nömrəli məktəblərin, Texniki, Humanitar və Təbiət Təmayüllü İnternat tipli Liseyin müəllim və şagirdləri iştirak etdilər. 
 
Qonaqları salamlayan filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova Azərbaycanda müəllim kadrlarının yetişdirilməsində filialın rolu və bu məqsədlə həyata keçirilən tədbirlərdən geniş söhbət açdı. Eyni zamanda direktor bu peşəyə dövlətimiz tərəfindən verilən dəyərdən, müəllim ordusuna göstərilən maddi və mənəvi qayğıdan söhbət açdı. Ümummilli liderimiz Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri də müəllimə verilən qiymətin bariz nümunəsidir. Biz də bu qayğıdan nümunə götürürük. Məqsədimiz savadlı, bilikli, özünə güvənən, vətənpərvər mütəxəssislər yetişdirməkdir. T.Yusifova orta məktəb şagirdlərinə seçəcəkləri ixtisasdan və ali məktəbdən asılı olmayaraq, uğur qazanmalarını, cəmiyyətdə layiqli yer tutmalarını arzuladı.
 

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

 

Təbiət və pedaqoji elmlər kafedrasının dosenti Əlisahib Mustafayev müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətlərindən, cəmiyyətdə oynadığı mühüm roldan danışdı.
 
Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Şəlalə Seyidova TEC-in fəaliyyətindən danışaraq bildirdi ki, məqsədimiz həm gələcək müəllimlərə, həm də gənc elmi tədqiqatçılara istiqamət verməkdir. 
 

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

 

Tələbə Gənclər Təşkilatının (TGT) sədri Südabə Əlibəyli filial tələbələrinin asudə vaxtlarının səmərəli təşkil olunmasından, onların dövlət və ictimai əhəmiyyətli tədbirlərdə, intellektual yarışlarda fəal iştirak etmələrindən danışdı. Bildirdi ki, onlar həm rayon, həm də respublika üzrə keçirilən bütün tədbirlərə qoşulurlar. Bu yaxınlarda Şamaxı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən "Xəmsə” intellektual yarışında filialın iki komandasının I və II yerlərə layiq görülmələri bu deyilənləri təsdiqləyir.
 
Görüşün davamı olaraq qonaqlar filialın kafedraları, tədris otaqları, kitabxana, yeməkxana və həyətyanı sahəsi ilə tanış oldular.
 

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi




Загрузка...