Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təhsil i̇şçiləri ilə görüşləri davam edir
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən aztehsil.com-a verilən məlumata görə dekabrın 9-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Oğuz rayonunda təhsil işçiləri ilə görüş keçirib.
Oğuz şəhər Emin Abdullayev adına internat tipli Texniki və Təbiət təmayüllü fənlər üzrə liseydə təşkil olunmuş görüşdə Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev, sektorun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, eləcə də Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, xarici dil fənn müəllimləri iştirak ediblər.
Görüş zamanı ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə bir çox istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırılıb. Ötən tədris ilində IV və VI siniflər üzrə keçirilmiş monitorinq qiymətləndirmə nəticələrini təhlil olunaraq nəticələrin ümumilikdə qənaətbəxş olduğunu, IX və XI siniflərin buraxılış imtahanlarında bəzi məktəblərdə nəticələrinin zəif olduğunu vurğulanaraq, cari dərs ilində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə sektor və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə aktual məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.