6 aprel tarixində Dövlət İmtahan Mərkəzi imtahan keçirəcək
AzTehsil.com xəbər verir ki, 6 aprel tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aşağıdakı istiqamətlər üzrə imtahan keçiriləcək:
- Əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi;
- Əvvəlki illərin məzunları üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı;
- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə İştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı.
Qeyd olunan
imtahanlarda iştirak üçün imtahana buraxılış vərəqini namizədlər ən geci 1 aprel tarixindən etibarən Dövlət İmtahan Mərkəzinin saytından çap edərək götürə biləcəklər.