Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
Aztəhsil.com xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 39 nəfəri imtahana gəlməyib.
İmtahan nəticələri saat 17:50-dən etibarən DİM-in saytında yerləşdirilib.
Nəticələrinə əsasən BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 34 nəfər, BA3 altqrupu üzrə 46 nəfər, BA4 altqrupu üzrə 71 nəfər, BB1 altqrupu üzrə 168 nəfər, BB2 altqrupu üzrə 154 nəfər, BB3 altqrupu üzrə 238, BB4 altqrupu üzrə 268 olmaqla, ümumilikdə 990 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
BA vəzifə qrupu üzrə imtahanda təqdim olunan 100 test tapşırığından 20-si açıq tiplidir. Namizədlərin fənlər üzrə açıq tipli test tapşırıqlarını düzgün cavablandırma faizi aşağıdakı kimidir:
Azərbaycan dili – 40 %; Qanunvericilik – 23 %; İnformatika – 34 %; Məntiq – 49 %.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 18-dən dekabrın 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 18‑19 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək.
İmtahanın nəticələri - AÇIQLANDI
Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb
DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB
Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"
DİM məlumat yaydı - qeydiyyat başa çatır
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sənəd işi asanlaşdı
Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi
Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR
“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub
DİM bu vakansiya üzrə imtahan keçirəcək
Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib
Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir
Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK
Bu vəzifələrə qəbul testlə aparılmayacaq
Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib