Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir
Odlar Yurdu Universiteti 2017/2018-ci tədris ili üçün gənc müəllimlərin işə qəbulunu elan edir.
Universitet üç ali təhsil pilləsi (bakalavr, magistr və doktorantura) üzrə tədris verməkdədir. Bakalavr pilləsi üzrə 17 ixtisas, magistr pilləsi üzrə 11 və doktorantura pilləsi üzrə 7 ixtisas üzrə kadr hazırlığı aparılır.
Universitetdən bildirilib ki, bakalavr pilləsində kompüter mühəndisliyi, ekologiya mühəndisliyi (neft-qaz üzrə), beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, menecment, marketinq, biznesin idarə edilməsi, turizm və otelçilik, dövlət və bələdiyyə idarəetməsi, filologiya, tərcümə (ingilis dili), xarici dil müəllimliyi (ingilis), dizayn, biologiya (mikrobiologiya istiqaməti üzrə), psixologiya ixtisasları üzrə tədris verir.
Magistratura pilləsində xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə), biologiya fənninin tədrisi metodikası və metodologiyası, Azərbaycan dili və ədəbiyyatı, beynəlxalq münasibətlər və diplomatiya, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq maliyyə və valyuta–kredit münasibətləri, bank işi, maliyyə nəzarəti və audit, biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə), neft və qaz yataqlarının işlənməsi, kompüter mühəndisliyi, idarəetmədə informasiya sistemləri ixtisasları üzrə kadr hazırlığı aparılır.
Doktorantura pilləsində isə maye, qaz və plazma mexanikası, mikrobiologiya, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, dünya iqtisadiyyatı, sahələrin iqtisadiyyatı, dil nəzəriyyəsi, ümumi psixologiya ixtisasları üzrə kadrlar hazırlanır.
Müsabiqəyə sənədləri təqdim etmiş namizədlərin təhsil göstəriciləri təyin olunmuş meyarlar əsasında qiymətləndiriləcək. Xaricdə təhsil alan və beynəlxalq təcrübəyə malik olan namizədlərə üstünlük veriləcək.
Vakansiya tələblərinə görə, diplomların sürəti, motivasiya məktubu, iş təcrübəsinə dair tövsiyə məktubu, CV təqdim olunmalıdır. Müsabiqəyə yalnız meyarlara uyğun gələn namizədlər dəvət olunacaq
azertag.az
150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz
Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb
Qərb Universiteti mühəndislər hazırlayacaq
SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!
BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib
Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq
UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər
700 bal toplayan abituriyentlər UNEC-də
Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər
Hansı universitetlər təhsil haqlarını artırıblar?
“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”
Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI
Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq
Son illər ali məktəblərə qəbul olanların sayında artım var
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...
ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar
Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?
Magistraturaya yeni qəbul qaydaları açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.
Magistraturaya sənəd verənlərin nəzərinə
ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...
BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi layihəsi üzrə müqavilə imzalanıb
Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir