AzTehsil.com


Xəbərlər / Saglam həyat / Maraqlı
25 noyabr 2019
2 699


Beyin niyə qocalır?



 

 

 Alimlər insan beyninin qocalmasının genetik proqramını kəşf ediblər. Sən demə, ahıl yaşlarda beynin qocalmasının, yaddaşın və əqlin zəifləməsinin başlıca mexanizmi sinir hüceyrələrinin genomlarında təsadüfi mutasiyaların toplanmasından ibarətdir.


AzTehsl.com Azərtac-a istinadla xəbər verir ki, son illər alimlər arasında belə bir mübahisə yenidən qızışıb: qocalma və ölüm prosesi nədən ibarətdir? Bəzi bioloqlar və evolyusionistlər hesab edirlər ki, bu proses təsadüfü xarakter daşımır və yeni nəslə yol açmaq üçün orqanizmi zəifləməyə və ölməyə məcbur edən "ölüm proqramı” deyilən özünəməxsus genlər dəsti ona nəzarət edir.


Bu yaxınlarda amerikalı genetiklər həmin fərziyyənin həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmağa çalışarkən "qocalma proqramı”nın fəaliyyəti ilə potensial sürətdə bağlı olan genlərin bütöv bir dəstini kəşf ediblər. Onların fəaliyyətində pozulmalar bəzi adamların və tüksüz yerqazanlar deyilən Afrika gəmiricilərinin nə üçün Yer kürəsinin digər sakinləri ilə müqayisədə bir neçə onillik daha uzun ömür sürdüklərini izah edə bilər.


Lap bu yaxınlarda alimlər siçanların beynində qocalmanı idarə edən xüsusi zona aşkar ediblər. Ancaq bu zonanın fəaliyyət prinsiplərinin özü müəmma olaraq qalır. Digər bioloqlar bu kəşfə şübhə ilə yanaşaraq bildiriblər ki, beyin hüceyrələrinin qocalmasını hamı üçün ümumi olan hər hansı proqram deyil, təsadüfi mutasiyalar idarə edir.


Alimlər çoxdan ölmüş insanların beyninin hippokampından (yaddaş mərkəzindən) və prefrontal qabığından əldə edilmiş 150 tək neyronun DNT-sinin şifrəsini açaraq, beyin hüceyrələrində mutasiyaların toplanması səbəbindən qocalmasının ilk əyani sübutunu tapıblar. ABŞ Milli Sağlamlıq İnstitutlarının biobankında saxlanılan bu hüceyrələr 30-dək amerikalıya məxsus olub. Onların üçdəikisinin sağlamlıqla bağlı problemi olmayıb,


qalanları kseroderma ("vampir uşaq” sindromu) və ona oxşayan Kokkeyn sindromu deyilən neyrogenerativ xəstəliklərdən əziyyət çəkib.


Bu xəstəliklərin daşıyıcılarının neyronları artıq uşaq yaşlarında qocalır və kütləvi şəkildə məhv olur. Bunun həmin sindromlar üçün səciyyəvi olan DNT təmiri mexanizmlərində pozuntularla, yaxud hüceyrələrin fəaliyyətində hər hansı digər dəyişikliklərə bağlı olub-olmadığı alimləri çoxdan maraqlandırır. Harvard Uiversitetinin mütəxəssisi Kristofer Uolş və onun komandası bu suala cavab vermək üçün hər bir hüceyrədən DNT teli əldə edərək onları çoxaldır, şifrələrini açır və onları hər bir neyrondakı xırda mutasiya dəstləri tutuşdururlar.


Məlum olub ki, sağlam adamların beynində mutasiyaların sayı insan yaşa dolduqca həqiqətən müntəzəm olaraq artır, özü də mutasiyaların hippokampda və prefrontal qabıqda toplanması sürəti xeyli fərqlənir. Bütövlükdə prefrontal qabığın neyronlarına nisbətən hippokamp hüceyrələrində yeni mutasiyalar daha sürətlə əmələ gəlir. Bu da yaşa dolmuş insanların yeni informasiyanı nə üçün daha pis yadda saxladıqlarını izah edir.




Загрузка...
Həmçinin oxuyun:
Alimlərdən yeni kəşf - Ölüm yoxdur, insan paralel dünyaya keçir

Alimlərdən yeni kəşf - Ölüm yoxdur, insan paralel dünyaya keçir

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI

İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT

Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT

Alimlərdən XƏBƏRDARLIQ: Duz...

Alimlərdən XƏBƏRDARLIQ: Duz...

Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...

Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...

Alimlər təhsil üçün bu yaşı tövsiyə edir

Alimlər təhsil üçün bu yaşı tövsiyə edir

​İtaliyalı alimlər uzunömürlülüyün SİRRİNİ TAPIBLAR

​İtaliyalı alimlər uzunömürlülüyün SİRRİNİ TAPIBLAR

Bu yumurta xərçəngin QARŞISINI ALIR- DİQQƏT

Bu yumurta xərçəngin QARŞISINI ALIR- DİQQƏT

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Uşağınızın ağıllı olmağını istəyirsinizsə - hər gün bu MƏHSULU verin

Uşağınızın ağıllı olmağını istəyirsinizsə - hər gün bu MƏHSULU verin

Smartfonlar tələbələrin təhsilinə mənfi təsir göstərir -ARAŞDIRMA

Smartfonlar tələbələrin təhsilinə mənfi təsir göstərir -ARAŞDIRMA

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

İnsan haqqında ən ağılasığmaz faktlar

İnsan haqqında ən ağılasığmaz faktlar

Mədə xərçənginin inkişaf riskini aşağı salan məhsullar açıqlandı

Mədə xərçənginin inkişaf riskini aşağı salan məhsullar açıqlandı

Köhnə kitabların ətri

Köhnə kitabların ətri

Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları

Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları