AzTehsil.com


Xəbərlər / Saglam həyat / Maraqlı
17 yanvar 2018
3 147


Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...



Ağıl zəifliyinin əsas səbəbi məlum oldu - Sən demə...

Alimlərin araşdırması zamanı məlum olub ki, beyində hüceyrə toxumalarının yığılması qeyri-müəyyən bir törəmənin yaranmasına səbəb olur ki, bu da birbaşa yaddaş və düşünmə prosesini zəiflədir.


Aztəhsil.com xəbər verir ki, "Proceedings of the National Akademiyası of Sciences” jurnalında dərc edilən araşdırmada, İngiltərənin Mançester Universitetinin tanınmış professoru Dr. Qartz J.S Kuper və digər mütəxəssislər iştirak edib. Kuperin rəhbərlik etdiyi bir qrup elm adamı iddia edir ki, insan beyninin zəifləməsinə səbəb olan əsas amillərdən biri beyindəki toxumaların nizamsız hərəkətidir. Həmin bu prosesin qocalıq sindromunun 7 növündən biri sayılan "Huntington” sindromu ilə birbaşa əlaqəli olduğu məlum olub.


Kuper ümumiyyətlə, bu növ sindromların əksər yaşlı nəslin nümayəndləri üçün keçərli olduğunu düşünür.


Tədqiqatçılar beyindəki çoxalma müddətini təhlil etmək üçün təkmilləşdirilmiş qaz və kütlə spektrometrindən istifadə ediblər. Normal insanlardan fərqli olaraq, bu sindromun daşıyıcılarında diqqət toplama 4 dəfə daha çox olur. Kuper qeyd edir ki, demansın inkişafının qarşısını alacaq dərmanlar üzərində işlər gedir:


"Dünya Səhiyyə Təşkilatı bu sahədə araşdırmalar aparır. Ümid edirik ki, bəlkə də bir gün demansın inkişafını dayandıracaq bir dərman icad ediləcək”.


Demans - geri dönülməz sinir hüceyrələrinin itkisindən qaynaqlanan ağıl zəifliyi sindromudur. Yaddaşın itirilməsi və fiziki qabiliyyətlərin məhdudlaşması ilə müşahidə edilir.




Загрузка...