2018-ci ilin ən gözlənilən smartfonları məlum oldu
2017-ci il çərçivəsiz cihazlar ili oldu. Tezliklə yeni il başlayacaq və gələn il builkindən daha maraqlı smartfonlar təqdim ediləcək.
Aztəhsil.com gazetadaily.ru saytına istinadən xəbər verir ki, bu smartfonlar da bu daha çox inqilabi olacaqlar. Gələn il yeni "iPhone”ların təqdimatı baş tutacaq ki, bu da adətən sentyabr ayında olur. Həmçinin "Samsung Galaxy S9”, "Xiaomi Mi 7”, "OnePlus 6”, "LG G7” və "Samsung Galaxy Note 9” kimi yeniliklər də təqdim ediləcək.
Təbii ki, yeniliklər siyahısında dünya bazarında daha çox satılan və istifadəçilər tərəfindən daha çox gözlənilən modellərin adları çəkilib. Bəzi modellər haqqında artıq ilkin məlumatlar da məlum olub. İnsayderlər bildirirlər ki, "Galaxy S9” smartfonları daha kiçik çərçivəli ekrana malik olacaq. "Xiaomi Mi 7” smartfonu isə naqilsiz enerji ilə doldurulma və 2018-ci ilin ən güclü prosessorunu əldə edəcək.
"Samsung Galaxy Note 9” flaqmanının ekranı "Galaxy S9”dakı kimi olacaq və onun ekranına barmaq izləri sensoru da əlavə ediləcək. 2018-ci ilin əvvəlində LG G7 smartfonu da təqdim ediləcək. Gözlənilir ki, şirkət daha əvvəlki modellərdəki səhvləri düzəldəcək, Cənubi Koreya istehsalçısına inamı və etibarı geri qaytaracaq smartfonu da nümayiş etdirəcək.
"OnePlus 6” smartfonu isə yenə də öz rəqibləri arasında bazarda ən əlçatan flaqman ola bilər. O, bütün digər "Android” cihazları arasında ən yüksək işləmə keyfiyyətinə görə seçilməlidir.