AzTehsil.com


Xəbərlər / Texnologiya
31 oktyabr 2017
2 611


2 ekranlı smartfon - Həm smartfon, həm də tablet - FOTO



2 ekranlı smartfon - Həm smartfon, həm də tablet - FOTO

Çin şirkəti "ZTE" öz istifadəçilərini "Axon M" adlı yeni smartfonu ilə təəccübləndirib.


Aztəhsil.com milli.az-a istinadən xəbər verir ki, cihaz 2 ekrana malik olacaq və "Gorilla Glass Gen 5" qoruma texnologiyasına təhciz olunacaq.


5,2 düymlük 180 dərəcə dönə bilən ekranlara sahib smartfonu istifadəçilər həm də tabletə çevrilə biləcəklər. Ekranları həm displey kimi, həm də ayrı-ayrılıqda istifadə etmək mümkün olacaq.


Smartfon 4K çəkilişi edə biləcək 20 meqapiksellik kamera və barmaq izi ilə kiliddən açma funksiyası ilə təhciz olunub.


Axin M "Snapdragon 821" prosessoruna malikdir. 4 qiqabaytlıq operativ yaddaş və 64 qiqabaytlıq daxili yaddaşa sahib smartfonun yaddaşı 256 qiqabayta qədər artırıla bilər.


ZTE yeni cihazını 2017-ci ilin sonunda satışa buraxacağını bildirib. Qiymət isə 725 Amerika dollarından başlayacaq.




Загрузка...