“Nokia 9” yeni dizaynda olacaq
Bir müddət əvvəl "Nokia 7” sonuncu flaqman smartfonu satışa çıxarılıb.
Aztəhsil.com gazetadaily.ru saytına istinadən xəbər verir ki, artıq Finlandiya istehsalçısının müştəriləri növbəti "Nokia 9” flaqmanından yeni xəbərlər gözləyir.
İnsayder mənbələrinin məlumatına görə, smartfonun təqdimatı bu ilin dekabrında və ya 2018-ci ilin fevral ayında baş tutmalıdır. Təqdimat "Mobile World Congress” beynəlxalq sərgi çərçivəsində keçiriləcək.
Render görüntülərinə əsasən, smartfon yeni inqilabi dizayna malik olacaq. Xüsusilə "Nokia 9” smartfonunu çərçivəsiz əyri displeylə, həmçinin 16 və 8 pikselli iki kamera ilə təchiz edəcəklər.