Xəbərlər / Müəllim
21 noyabr 2019
1 441


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı” günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd Qəbələdə yerləşən ümumtəhsil məktəblərinin şagirdləri və onların valideynlərini peşə təhsil mərkəzi ilə tanış etmək, mərkəzdə tədris olunan ixtisaslar və təlim prosesi barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də peşə təhsilini təbliğ etməkdir.

Tədbirdə pedaqoji heyət mərkəzin fəaliyyəti və duala bənzər peşə təhsili və təlimi yanaşmasının tələbələr üçün yaradığı imkanlar barədə ətraflı məlumat veriblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə çıxış edərək peşə təhsilinə göstərilən qayğı, bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə danışıb.

Tədbirdə tələbələrin tərəfdaş müəssisələrdə qatıldıqları təlimlər, müəssisələrə təşkil olunan səfərlər haqqında məlumat verilib, video-çarx və fotoşəkillər nümayiş etdirilib.

Tədbirin növbəti hissəsində Mərkəzin qənnadçı – şirniyyatçı qrupunun məzunu tərəfindən şirniyyatın bəzədilməsi üzrə master klas təşkil olunub.

Qeyd edək ki, tədbir Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə icra olunan "Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə keçirilib. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili ixtisasları üzrə müasir kurikulum, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur.
edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərə qatılıb

Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərə qatılıb

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Kazanda  peşə təhsili ilə bağlı olimpiada

Kazanda peşə təhsili ilə bağlı olimpiada

Ən zəruri peşə keyfiyyətlərinə tədris yolu ilə yiyələnmək mümkündür

Ən zəruri peşə keyfiyyətlərinə tədris yolu ilə yiyələnmək mümkündür

Məzunlara sertifikatlar təqdim olunub

Məzunlara sertifikatlar təqdim olunub

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır