AzTehsil.com


Xəbərlər
26 avqust 2019
2 220


Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir



Pilot peşə ixtisasları üzrə yay proqramları davam edir

 

 
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyinin pilot ixtisaslarının I kurs tələbələri yay təcrübə proqramlarına qatılıblar.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "heyvandarlıq mütəxəssisi” qrupunun tələbələri "AZZA Agro” MMC və "Gilan Dairy Farms” MMC-yə məxsus təsərrüfat sahəsində təcrübə keçiblər.

Hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Aqroservis mütəxəssisi” və ”bitkiçilik mütəxəssisi” ixtisaslarının tələbələri "Gilan Dairy Farms” MMC, "Gilan Qəbələ Aqrotexservis” MMC, "Şamlı” Aqroservis müəssisəsi, "Gilan Vegetables” MMC, "Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin "aqroservis mütəxəssisi” və "üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələri İsmayıllı rayonu Nikitin adına İvanovka kolxozunda və İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin Talıstan  kəndindəki sahələrində, İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin "aqroservis mütəxəssisi” və ”bitkiçilik mütəxəssisi” ixtisasının tələbələri isə "ULU Aqro” MMC-də (ULU Aqropark) təcrübə keçirlər.

Yay təcrübəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin duala-bənzər peşə təhsili və təlimi (PTT) sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdan ibarədir. Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiəti ilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birgə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə proqramları avqustun 30-dək davam edəcək.

Yay təcrübəsi "Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış "Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə təqviminə əsasən həyata keçirilir.

Hazırda həyata keçirilməkdə olan ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən birgə maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyi, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdan ibarətdir.



Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Məzunlara sertifikatlar təqdim olunub

Məzunlara sertifikatlar təqdim olunub

İki günə peşə təhsili müəssisələrinə 2100-dən artıq müraciət qeydə alınıb

İki günə peşə təhsili müəssisələrinə 2100-dən artıq müraciət qeydə alınıb

Kazanda  peşə təhsili ilə bağlı olimpiada

Kazanda peşə təhsili ilə bağlı olimpiada

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir