19 oktyabr 2019-cu il tarixində Milli Hüququ Evində təhsil üzrə araşdırmaçı-tədqiqatçı mütəxəssislər Kamran Əsədov və Elşən Qafarov ilə bir qrup tələbə,valideyin və ictimai təşkilatların nümayəndələrinin iştirakıı ilə "Təhsil Hüququ: Qanunvericilik, problemlər" mövzusunda seminar təşkil olunub.
Seminarı giriş sözü ilə açan Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov təşkilatın fəaliyyəti ilə bağlı seminar iştirakçılarına məlumat verərək bildirdi ki, Milli Hüquq Evi –hər kəsin evi olmaqla müraciət edən hər bir vətəndaşa hüquqi yardım göstəririr. Fəaliyyətinin əsas hissəsini ictimai əsaslarla quran MHE eyni zamanda əhalinin , xüsusi ilə gənclərin hüquqi maarifləndirilməsi ilə bağlı vaxtaşırı olaraq ödənişdiz seminarlar təşkil edir.
Seminarda çıxış edən Kamran Əsədov çıxışını əsasən statistik məlumatların müqaisəli analizi üzərində quraraq ,seminar iştirakçılarını təhsil pillələri üzrə ,təhsil prosesinin iştirakçılarının hüquq və vəzifələrindən danışdı.
Elşən Qafarov Təhsil və Əmək Qanunvericiliyinin təhsil müəssələrində tətbiqi , təhsil sahəsində hal-hazırda qüvvədə olan hüquqi normativ aktlardan , onlardan istifadə mexanizmlərindən danışdı.
Daha sonra seminar iştirakçılarının suallarına cavablar verildi və tədbirin sonunda Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov bu tip seminarların əhəmiyyətindən danışaraq , təhsil hüququ ilə bağlı seminarların yaxın vaxtlarda yenidən təşkil olunacağını bildirdi.
Seminarın sonunda təhsil mürəxəssislərinə Milli Hüquq Evi adından təşəkkürnamə təqdim edildi və xatirə şəkili çəkildi.