Xəbərlər
25 aprel 2017

TuranBankda tələbələr üçün seminar keçirilib

TuranBankda tələbələr üçün seminar keçirilib

 

TuranBank  Mərkəzi Bankın "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" layihəsinə qoşularaq BDU, ADİU, ADNSU, ADU, ATU-da təhsil alan tələbələr üçün aprelin 19-u tarixində seminar təşkil etmişdir. "Young Business Factory"-nin təşkilatçılığı  ilə keçirilən seminar "Bank Riskləri və Valyuta Rejimi” mövzusunu əhatə etmişdir.
 
Həmçinin seminarda iştirak edən tələbələr Bankda təcrübə keçmək imkanı qazanmışlar.
 

TuranBankda tələbələr üçün seminar keçirilib

 

Bank "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.  
 
Bank, həmçinin KSM siyasətinin müddəalarını əsas götürərək, kreditləşmə fəaliyyətində yüksək ekoloji və sosial əhəmiyyətli layihələrə üstünlük verir, eyni zamanda, ətraf mühitə neqativ təsir edəcək layihələrin maliyyələşdirilməsindən imtina etməklə ekoloji risklərin minimuma endirilməsinə çalışır.
 

TuranBankda tələbələr üçün seminar keçirilib

 

Bankın kollektivi öz növbəsində, kağız, enerji və sudan qənaətlə istifadə olunmasına xüsusi diqqət yetirir, "Təmiz şəhər” layihəsi çərçivəsində kağız tullantılarının təhvil verilməsi, paytaxt və regionlarda ağac əkilməsi aksiyalarında aktiv iştirak edir.
 
apa.az





Загрузка...
loading...