Aprel ayının 18-də Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə müəllim və valideyinlərin iştirakı ilə maarifləndirici seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd IX sinif şagirdlərinin yekun attestasiya imtahanının keçirilməsi və yeni qaydaların tətbiqi və tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı müəllim və valideyinləri məlumatlandırmaq olub.
Məktəb müdiriyyəti tərəfindən keçirilmiş seminarda qeyd olunan yenilik və dəyişikliklərlə bağlı ətraflı məlumatlar verilib, müəllim və valideyinləri maraqlandıran suallar cavablandırılıb.
Nurəddin Babayev(Samux təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)