AzTehsil.com


Xəbərlər
12 aprel 2017
3 120


ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi



ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

 

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim Tədris Mərkəzi ilə universitetin İnformasiya Texnologiyaları departamenti tərəfindən tələbələr üçün "Elektron hökumət" mövzusunda seminar keçirilib. Seminarda Elektron Hökumət Təlim Tədris Mərkəzinin və Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri təqdimatla çıxış ediblər.
 
Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktoru Rauf Cabbarov tələbələrə İT sahəsinin inkişafı, İT-karyeranın qurulması, ölkəmizdə tələb olunan İT peşələr, İT layihələrin inkişaf etdirilməsi, həmçinin Elektron hökumət və elektron imza mövzusunda çıxış edib.
 
Məlumat Hesablama Mərkəzinin nümayəndəsi Günay Hüseynova Elektron hökumətin infrastrukturu, əsas komponentləri, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda prezentasiya təqdim edib. Məruzəçi "Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlər barədə ətraflı məlumat verərək portal üzərindən təqdim olunan bir çox elektron arayışların və xidmətlərin məhz gənclər üçün nəzərdə tutulduğunu qeyd edib.
 
Tədbirin sonunda tələbələrdən birinə elektron imza hədiyyə olunub.
 
moderator.az



Загрузка...