AzTehsil.com


Xəbərlər / Ziyalılar
21 dekabr 2018
2 154


Bakı Musiqi Akademiyasında erməni plagiatlığı müzakirə olundu



Bakı Musiqi Akademiyasında erməni plagiatlığı müzakirə olundu

 

 
 
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi-tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilib.

AzEdu.az-ın məlumatına görə, seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin "Azərbaycan xalq mahnı və rəqsləri erməni saxtakarlığının hədəfində” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan musiqisinə qarşı erməni bəstəkarları, musiqişünasları, ifaçıları tərəfindən on illərlə həyata keçirilən məqsədli plagiat, mənimsəmə, özününküləşdirmə, oğurluq və yalan faktları üzərində dayanılıb. 

Erməni saxtakarlığının musiqişünaslıq və etnomusiqişünaslıq metodları ilə araşdırılmasının, sübut  və ifşa olunmasının musiqi ictimaiyyəti qarşısında vacib və aktual məsələ kimi dayandığı diqqətə çatdırılıb. 

Məruzəçi bu istiqamətdə ilk olaraq, erməni klassik bəstəkarı Komitasın fortepiano üçün altı nümunədən ibarət "Rəqslər” toplusunda (Moskva, 1939 ) dörd  Azərbaycan, iki Ərzurum xalq rəqsinin "erməni rəqsi” adı ilə nota yazıldığını müqayisə və təhlillərlə ifşa edib. Xalq rəqslərimizin qədim nümunələrindən "Otuziki” (digər adı "Toy rəqsi”), "İnnabı”, "Aşqabadı” (digər adı "Şuşa maralı”) bu məcmuədə "Eranqi Eravanskiy”, "Unabi Şuşinskiy”, "Marali Şuşinskiy” adı ilə yer almışdır. "Nə baxırsan, yanı-yanı” xalq mahnımız isə "Eranqi Vaqarşapatskiy” adı ilə rəqs kimi nota yazılıb.

Bəstəkar, pedaqoq, SSRİ xalq artisti A.Babacanyanın piano üçün 1978-ci ildə yazdığı "Elegiya” pyesinin xanəndələrimiz tərəfindən Füzulinin məşhur qəzəlinə oxunan "Şur təsnifi”, "Vaqarşapat rəqsi” pyesinin (1948) qədim "Otuziki” rəqsimiz, E.Petrosyanın "Axalsix kadrili”nin isə "Koroğlu havası” olması seminarda sübuta yetirilib. Bu nümunələrdən vaxtilə Ü.Hacıbəyli öz opera və musiqili komediyalarında sitat kimi istifadə edib.

A.Abduləliyev həmçinin bəstəkar və pedaqoq E.İ.Baqdasaryanın İrəvanda 1974-cü ildə "Ayastan” nəşriyyatında çap olunmuş "Erməni rəqsləri” not məcmuəsi haqqında ətraflı məlumat verib. Məcmuədə 41 nümundən 22-sinin Azərbaycan xalq rəqsi olduğunu konkret dəlillərlə aşkar edib. Məsələn, "Əndican” rəqsimiz həmin məcmuədə "Naz par”, "Aşqabadı” rəqsimiz "Nunufar”, "Qızılgül” rəqsimiz "Djeyranı”, "Naz eləmə” rəqsimiz "Erevanskiy trınqı”, "Vağzalı” rəqsimiz "Qyumriyskiy tanets”, "Şağani” rəqsimiz "Şutoçnıy tanets”, "Dərvişi” rəqsimiz "Zanqequri”, "Xançobanı” rəqsimiz "Zurna trınqi”, "Turacı” rəqsimiz "Javoronok” adı ilə  və erməni rəqsi kimi nota yazılıb "Tərəkəmə”, "Şalaxo”, "Uzundərə”, "Köçəri”, "Ənzəli”, "Fincan” rəqslərimiz isə eyni adla, lakin yenə də erməni rəqsi kimi məcmuəyə daxil olunub. 

Məruzə zamanı erməni not toplularındakı "eranqi”, "trınqı” sözlərinin musiqimizdəki "rəng”, "diringi” termin və nümunələrindən əxz olunduğu bildirilib.

Seminarda BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, Respublika Bilik Fondunun məsul işçisi Ramilə Qurbanlı, elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Mədəniyyət naziriliyinin mütəxəssisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Milli Konservatoriyanın professoru Fəttah Xalıqzadə, rəqs sənətinin tədqiqatçısı, fəlsəfə doktoru Rauf Bəhmənli və başqaları çıxış edərək, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Faktlar əsasında verilənlər bazasının yaradılması təklif olunub.

Tədbir iştirakçıları Azərbaycan musiqisinə qarşı erməni saxtakarlığının nüfuzlu beynəlxalq jurnallar və tədqiqatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasının, elmi əsaslarla araşdırımasının vacibliyini vurğulayıblar.http:azedu.az



Загрузка...
Həmçinin oxuyun:
Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

Müğənni elmi dərəcə aldı

Müğənni elmi dərəcə aldı

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd