AzTehsil.com


Xəbərlər
28 oktyabr 2017
2 774


İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…



İtaliyanın "East Journal” nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqaləsində azərbaycanlılarla ermənilər arasında insani münasibətlərə diqqəti cəlb edib. Və İrəvanda azərbaycanlılar haqda erməni cəmiyyətində hökm sürən nifrət ab-havası ilə bir qədər uzlaşmayan fikirlər ifadə edən üç gənc də "aşkarlayıb”.


Aztəhsil.com virtualaz.org-a istinadən xəbər verir ki, məqalədə münaqişənin tarixçəsindən bəhs olunur, Qarabağda müharibənin getdiyi illərdə anadan olmuş erməni və azərbaycanlıların bir-birlərinin üzünü görmədikləri yeni nəsil kimi yetişdikləri qeyd edilir.


Daha sonra məqalədə özünü Mariam, Aevik və Ovik kimi təqdim edən üç erməni tələbənin münaqişəyə dair baxışlarına yer verilir. İrəvan Dövlət Universitetinin tələbəsi olan 25 yaşlı Mariam deyir ki, Azərbaycan onu həmişə maraqlandırıb.

 

"Mən bir dəfə Azərbaycana getmək istədim. İstəyirdim görüm orada vəziyyət necədir, insanlar necə yaşayır, hərçənd başa düşürəm ki, hər şey dəyişməsə bunu etmək mümkün olmayacaq” – o deyir.

 

Erməni tələbə qız bildirir ki, iki ölkə arasında gərginliyin azalması üçün erməni cəmiyyəti azərbaycanlılarla bağlı bir çox düşüncələrindən əl çəkməlidir.

 

"Biz hökumət və ya rəsmi təbliğat edir deyə bütöv xalq barədə mühakimə yürüdə bilmərik. Mən hesab etmirəm ki, azərbaycanlılar erməni KİV-lərində təsvir olunduğu kimi bədheybət adamlardır. Onlar da bizim kimi müharibə dəhşətləri ilə üzləşiblər, qohumlarını, yaxınlarını itiriblər. Necə də olsa onların vəziyyətini başa düşməliyik”-Mariam bildirir.


23 yaşlı digər tələbə Arevik də deyir ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə verməməsindən təəsüflənir.

 

"Bizim insanlar sülh istəyir, onlar bu vəziyyətdə yaşamaqdan bezib, qorxurlar ki, istənilən vaxt yeni müharibə başlayacaq. Və ildən ilə vəziyyət pisləşir. Bizim hökumət məsuliyyəti üzərinə götürüb həll yolunu tapmalıdır”-o, fikirlərini ifadə edir.


24 yaşlı Ovik isə Ukraynada təhsil alanda azərbaycanlı ilə dost olub. Deyir ki, aralarında yaxşı münasibət yaranıb, hərçənd siyasət və Qarabağ haqda danışmırdılar. Bilirdilər ki, bu məsələdə mövqeləri fərqlidir. Hərçənd məsələnin ancaq sülh yolu ilə həllinin mümkün olduğuna inanırdılar. "Biz sonradan Tblisidə görüşdük. Çünki ora görüşmək üçün yeganə münasib yerdir”-erməni tələbə deyir.


"Mariam, Aravik və Ovikin nümunəsi müstəsna haldır. Erməni cəmiyyətinin böyük hissəsi Azərbaycana və onun əhalisinə olduqca mənfi yanaşır” – "East Journal” qeyd edir.




Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Xankəndi universitetinin tələbələri Laçında məktəblilərlə görüşdü

Xankəndi universitetinin tələbələri Laçında məktəblilərlə görüşdü

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Erməni naşir Bakıxanovu necə aldatdı?-  GİZLİ TARİX

Erməni naşir Bakıxanovu necə aldatdı?- GİZLİ TARİX

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Erməni tələbələr üsyana qalxdı: "Hərbi xidmət istəmirik"

Erməni tələbələr üsyana qalxdı: "Hərbi xidmət istəmirik"

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub

Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib