Ermənilərin Türkiyədə qurduqları məktəblər...
Bir neçə gündür ermənilərin dünyadakı fəaliyyətinin Türkiyədəki hissəsi barədə yazırıq.
Aztəhsil.com xəbər verir ki, modern.az-ın əməkdaşı bu hissədə Türkiyədə olan erməni təhsil ocaqları ilə bağlı araşdırma aparıb.
Ermənilər diaspor, media və təhsillə bağlı planlarını çox səlist həyata keçirirlər. Türkiyədə ermənilərin təxminən 18 təhsil ocağı var. Onların adlarını təqdim edirik:
1. Getronaöan erməni liseyi
2. Esayan erməni ilköyrətim məktəvi və liseyi
3. Surp Haç erməni liseyi
4. Sahakyan-Nunyan erməni ilköyrətim məktəbi və liseyi
5. Bezciyan erməni ilköyrətim məktəbi
6. Dadyan erməni ilköyrətim məktəbi
7. Merametciyan erməni ilköyrətim məktəbi
8. Aramyan Uncuyan erməni ilköyrətim məktəbi
9. Levon Vartuhyan erməni ilköyrətim məktəbi
10. Yeşilköy erməni ilköyrətim məktəbi
11. Karagözyan erməni ilköyrətim məktəbi
12. Tarkmançats erməni ilköyrətim məktəbi
13. Kalfayan erməni ilköyrətim məktəbi
14. Erməni katolik məktəbi
15. Pangaltı erməni ilköyrətim məktəbi və liseyi
16. Kocamustafapaşa Anarat Hığutyun erməni ilköyrətim məktəbi
17. Pangaltı Anarat Hığutyun erməni ilköyrətim məktəbi
18. Bomonti erməni ilköyrətim məktəbi
Bu məktəblərdən bir neçəsi uzun illərdir fəaliyyət göstərir. Biz onlardan sadəcə bir neçəsinin yaranma tarixini yazmaqla ermənilərin dünyadakı fəaliyyətlərini göstərmiş olarıq. Keçən yazımda da qeyd etmişdim və bir daha vurğulayıram ki, məqsədimiz ermənilərin fəaliyyətini təbliğ etmək deyil, sadəcə onların gördüyü işləri diqqətə almaqdır.
Ən köklü erməni təhsil ocaqlarından biri olan "Getronağan" erməni liseyi İstanbulun Karaköy səmtində yerləşir. Erməni din xadimi Nerses II. Varjabedyanın çabalarıyla qurulub. Din adamı Harutyun Vehabedyanın zamanında 14 sentyabr 1886-cı ildə 64 şagirdlə fəaliyyətə başlayıb.
Qeyd edim ki, Patrik Nerses Varjabedyan bu məktəbi qurmaq üçün 1882-ci il dekabr ayının 16-da ermənilərin tanınmış adamlarını kilsəyə dəvət edir və onlardan maddi dəstək istəyir.
İlk gün 1450 lirə toplanır (təxminən 500 manat). Erməni din adamı bu pulla həm patrikhanəni təmir etdirəcəkdi, həm də məktəb açacaqdı. Amma xəstələnən patrik iki proyektdən birini təxirə salır və toplanan bütün pulları Getronağan məktəbinin yaranması üçün xərclənməsini tövsiyyə edir.
Digər bir uzun tarixi olan Surp erməni məktəbi isə İstanbulun Anadolu yaxasında yerləşir. 1678-ci ildə Surp kilisəsinə bağlı olaraq dini təhsil vermək üçün açılıb. 1718-ci ildə məktəb Patriarx IX. Hovannes Golod tərəfindən siniflərə çevrilib və 1770-ci ilə qədər məktəb eyni şəkildə davam edib. 1770-ci illərdə bu məktəb fəaliyyətini genişləndirib və Ruhban məktəbinə çevrilib. 1932-ci ildən Surp Xaç Məktəbi kimi tanınan erməni təhsil ocağı 1950-ci ilə qədər Surp Haç Kilisəsi Vakfı tərəfindən idarə edilib.
1950-ci illərdə Türkiyə ermənilərinin patriarxı seçilib İstanbula gələn Baş yepiskop Karegin Xaçaturyan Sırpazan xəyalındaki layihəni həyata keçirə bilmək üçün Surp Xaç Məktəbinin köhnə binasını təmir edib. 1953-ci ildə internat məktəbi kimi xidmətə verib. Erməni Patrihanəsi 1953-cü ildə İstanbul qubernatorluğuna müraciət edilərək orta lisey və üç illik teologiya hissəsini əhatə edən "Surp Xaç Tıbrevank erməni ruhanilər məktəbi" adı ilə istənilib. Beləcə, bu məktəb Türkiyə Erməni cəmiyyətinin xidmətinə verilib.
Hazırda məktəb "Xüsusi Surp xaç erməni liseyi" adını alaraq azlıq məktəbi statusuna keçib və təhsilinə orta məktəb və lisey səviyyəsində davam edir.
Pangaltı erməni məktəbi 1811-ci ildə yay məktəbi kimi fəaliyyətə başlayıb. Eyni ildə 60 şagird ilə bir qış məktəbi olaraq fəaliyyətini davam etdirib. 1847-ci ildə isə artıq məktəbin üçmərtəbəli binası var idi. 1857-ci ildə internat bölməsi açılıb. 1923-cü ilə qədər türk, erməni və xarici tələbələr də bu məktəbdə oxuya bilirdi. Hazırda isə yalnız erməni tələbələrin oxumasına icazə verilir.
Onu da qeyd edək ki, erməni məktəb və liseylərin çoxunda məktəbəqədər bağçalar da fəaliyyət göstərir.
Demək olar ki, siyahısını təqdim etdiyimiz məktəb və liseylərin hamısı uzun illər öncələr inşaa edilib. Məktəblər və liseylər Türkiyədəki erməni kilsələri və vakfları tərəfindən maliyyələşir...
Sonda onuda qeyd edim ki, İstanbulda bir Surp Pırgic erməni xəstəxanası da fəaliyyət göstərir...