AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
10 noyabr 2018
3 100


Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?



 

 
Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: " Mən hamıdan birinci yedim”, " Mən hamıdan güclüyəm”, " Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?” , " mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək , öz "mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O , istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini , ikincini, üçüncünü də.

Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına , dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, " O, ən ağıllı, səliqəli , bacarıqlı uşaqdı” , bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.

Eqoizmin ilkin əlamətləri uşaqlarda hələ kiçik yaşlarından valideynlərin onların hər istəklərini yerinə yetirəndə, nazları ilə oynayanda yaranmağa başlayır. Bu daha da o vaxt böyüyür ki, ona hər gün çoxlu oyuncaq ,ən dadlı şirniyyatlar alırlar,” al, ver, gətir” kimi göstərişlərinə göz yumurlar. Bunu ilk əvvəl valideyn görmür, hiss eləmir, bəlkə hətta məzəli gəlir onlara , lakin uşaq böyüdükcə eqoizm dərinləşir , sərt forma alır, onda valideyn daha dözə bilmir, çətin vəziyyətdə qalır. Hətta belə bir sual da meydana gəlir? " Kimə çəkdi bu?” , " Niyə belə alındı?” , " Camaatın uşağı belə deyil” və s. Uşaqların tələbləri də böyüdükcə özləri ilə birgə böyüyür.Zərərsiz kimi görünən " istəyirəm” " eləməlisən” sözünə, kiçik oyuncaqlar kompyuter, velosiped, bahalı telefonlara çevrilir. Uşaqlar valideyn qayğısını borc kimi anlamağa başlayırlar. Nəticədə bu valideynlərin yarasına çevrilir, onlar inciməyə başlayırlar. Düşünürlər ki, nankor övlad böyüdüblər.

Bir ana özünün 10 yaşlı qızının çox tənbəl olduğundan , dərslərindən soyuduğundan şikayətlənir. Özünün qızına etdiyi köməklərin tamamilə bəhrəsiz olduğunu , əvəzində " işimə qarışma”, " əl çək məndən” sözlərini eşitməli olur, nəticədə konflik, göz yaşları, faydasız və nəticəsiz söhbətlər və s.

Sual: Niyə belə olur? Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?

Cavab: Ona görə ki, valideyn uşağının əvəzinə nəsə istəyir. İstəyir ki, o böyüyəndə həkim olsun, kitab oxusun, musiqi alətində çalsın, idmanla məşğul olsun. Evdə də hər işi özləri görürlər ki, bircə uşaqları oxusun. Uşaq əvəzində nəyinki oxumur, çalışmır, hətta təmbəl olaraq böyüyür, elə alınır ki, " Niyə məni oyatmadın?”, " Niyə vaxtında filan köynəyimi, ya paltarımı yumadın? Mən məhz onu bu gün geyinməliyəm!” kimi ittihamlarla qarşılaşır. Əgər uşağınızda bu xüsusiyyətləri görsəniz həyəcan siqnalını çalmaq vaxtıdır, bəlkə də gecdir. Ancaq hər şey mümkündür. Əks halda infantil –uşaq böyüdəcəksiniz.

İnfantil uşaq nədir?
İnfantil uşaq – böyük uşaq deməkdir. Bu elə uşaqdır ki, öyrənib ki, hər şeyi onun əvəzində etsinlər . Valideynlər tam asılı bir insandır. Belə insanlar həyatdan doymuş və heçnə istəməyən insnlardır. Onlar bilmirlər ki, nə üçünsə çalışmaq , əldə etməyə çalışmaq var, stimul kimi anlayış var. Belə insanlar daim özlərini aciz və köməksiz hiss edərlər, onlara valideyn qayğısı qocalığa qədər hər an lazımdır.

Öz uşağınızın belə olmasını arzulayırsınızmı?

İstəmirsinizsə postu axıra qədər oxuyun.

Yavaş- yavaş onu da ev işləriinə həsr edin. Qoy evdə ona aid olacaq işlər olsun. Öz yerini düzəltsin, ayaqqabılarını özü yerinə qoysun , paltarını özü qatlasın. Əgər etmirsə qoyun hər şey olduğu kimi qalsın. Qoy bilsin əgər otağını yığmasa səliqəsiz olacaq, paltarını yerinə yığmasa sabah səhər corabını axtarmalı olacaq və ya oyuncaqlarını oynadıqdan sonra yığışdırmasa sevimli maşınını yerində tapmayacaq. İmkan verin öz səhvləri üzərində öyrənsin.
Əlbəttə bütün bunlar qeyri –real və çətin görünə bilər. " Necə səhər məktəbə oyatmayım, axı, yatıb qalar?” , " Necə dərslərini etməyi xatırlatmatyım, axı qiymətləri ikiyə enəcək?” və s bu tip narahatçılıqla dolu suallar meydana çıxa bilər. Bütün bunları etmək gərəəkdi, təbii ki, bu uşağın sağlamlığına və həyatına mənfi təsiri olmasa. Tədricən uşaq özü seçim etməyi öyrənərsə, onda problemlər də azalacaq, özünüz də hiss edəcəksiniz ki, uşağınızda eqoizmin faizi azalıb. Ona çoxlu variantlar ( variant nə qədər çox olarsa, bir o qədər yaxşıdır) təklif edin, seçimdə isə iştirak etməyin. Düzgün variantı seçməsə belə. Qoy reallıqla, etdiyi səhv seçimlərin nəticəsi ilə qarşılaşsın. Bu onun " böyüməsinə” kömək edəcək.
Uşaqlıqdan, məktəbəqədər yaşdan ona anasıına, bacısına, valideynlərinə, umumiyyətlə yaxınlarına( babaya, nənəyə vəs ) kömək etməyi , yardım etməyi öyrədin. Bağçadan, məktəbdən qayıtdıqda orada nə emiş, yenilikləri xəbər alın, hətta dostlarının da nə etdiyini soruşun. Qoy bunları sizinlə bölüşsün. Əgər yaxınlarının uğurları və çətinliklərinə laqeyd deyilsə, demək gələcəkdə sizin qayğınıza qalacaq , qocalıqda sizə yardım edəcək qayğıkeş övlad tərbiyə edə biləcəksiniz
 gencaile.az
 

 





Загрузка...
Həmçinin oxuyun:
Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı necə tərbiyə etməli?

Uşağı necə tərbiyə etməli?

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN

Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət