AzTehsil.com


Xəbərlər / Psixoloq
09 noyabr 2018
2 571


Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq.



 

 

"Özünü hər hansı əcnəbi dildə ifadə edə bilməmək uşaqlıqdan aldığımız tərbiyə sistemi ilə bağlıdır. Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq. Bu bizə uşaqlıqdan aşılanır”.


Bunu psixoloq Orxan Oruc AzEdu.az-a açıqlaması zamanı deyib. O bildirib ki,bu problemlərin birbaşa kökündə komplekslərimiz durur:


"Tutaq ki, uşaq yerə yıxılır, valideyn elə reaksiya verir ki, sanki dünya dağıldı. Artıq növbəti zamanlarda uşaq yıxılmamaq üçün əlindən gələni edir.


Beləliklə biz uşaqlıqdan səhv etməməyə çalışırıq. Bu yaxşı bir düşüncədir, amma bir tərəfdən də insanı müəyyən fəaliyyətlərdən məhrum edir. Sırf səhv etməməkdən ötrü nəyəsə cəhd etmirsən. Bu proses həmçinin dilə də aiddir. Hansısa əcnəbi dili öyrənirik, amma o dildə danışmağa cəhd etmirik.  Bunu ümumi cəmiyyətə aid etmək mümkündür. Amma fərd olaraq hər kəsin özünəməxsus kompleksləri ola bilər.


Məsələn, kimsə dil öyrənməyə başlayanda  nəyisə səhv edib, kimsə buna gülüb və həmin insanda travma  yaranıb. Yaxud xarici vətəndaşlar bir neçə danışıb, amma qarşı tərəf onu başa düşməyib, bununla da daxilində utancaqlıq hissi keçirib”.


Psixoloq deyib ki, bu cür komplekslərin öhdəsindən gəlmək  cəmiyyət üçün uzunmüddətli prosesdir:


"Valideynlər uşaqların tərbiyələndirmə prosesində onların səhv etməklərindən qorxmamalı, səhv etməyin pis bir şey olduğunu aşılamamalıdır. Məsələn, Yaponiya, Finlandiya kimi ölkələrin təcrübəsində uşaqlar hər zaman nəyəsə cəhd edərək öyrənirlər. Uşağın hansısa heyvanı qucaqlamağı, yıxılmağı, palçığa batmağı həmin cəmiyyətlərdə böyük faciəyə çevrilmir. Bu baxımdan uşaq nəyin yanlış, nəyin doğru olduğunu özü müəyyənləşdirir. Fərd olaraq isə ilk növbədə komplekslərin yaranma səbəbini müəyyən etmək lazımdır.


Bəzən insanlar komplekslərin nədən yarandığını bilmir. Buna görə də mütləq insan özünü analiz etməlidir. Bu mərhələdə psixoloq köməyinə də ehtiyac ola bilər, insan özü də bunun öhdəsindən gələ bilər”.


Müsahibimizin fikrincə, dil öyrənən zaman danışığa fokuslanmaq lazımdır:


"Ümumiyyətlə biz dili öyrənməyə başlayanda birinci qrammatikdan başlayırıq. Bu zaman istər-istəməz qaydalarla danışmağa  yönlənirik. Belə olduğu halda özümüzdə səhvlər görməyə başlayırıq və bu ehtimal bizdə kompleks yaradır.


Amma dili öyrənəndə qrammatikanı bir kənara qoyub, yalnız dilə, danışığa fokuslanmaq lazımdır. Biz öz dilimizdə hərfləri, qrammatikanı öyrənənə qədər danışa bilirik. Əcnəbi dili öyrənən zaman da əvvəlcə danışmağı, sonra qrammatikanı öyrənmək önəmlidir”.

 

 





Загрузка...
Həmçinin oxuyun:
Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Peşə seçimi zamanı buraxılan SƏHVLƏR

Peşə seçimi zamanı buraxılan SƏHVLƏR

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?