AzTehsil.com


Xəbərlər
29 iyul 2018
3 929


"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”



 

Nadir İsrafilov: "Mən bunu ciddi səhv və ya mübahisə obyekti kimi qiymətləndirməzdim”
 
Təhsil üzrə tanınmış ekspert  Nadir İsrafilov son günlər qəbul imtahanında baş verən "səhv sual” qalmaqalı ilə bağlı məsələyə aydınlıq gətirib:

Mən bunu ciddi səhv və ya mübahisə obyekti kimi qiymətləndirməzdim. Hakimliyə namizəd və hakim ayrı-ayrı anlayışlar olsa da, namizədin məqsəd və məramı hakim olmaqdır, Bu mənada həmin sualların cavablandırIlmasında heç bir təzad və ya ziddiyyət görmürəm.

Bu sözləri ekspert Kamran Əsədovun II ixtisas qrupu üzrə D variantı sual kitabçasında (eyni test tapşırığı B variantında da var) 91 saylı test tapşırığının ümumiyyətlə səhv olması iddiasına cavab verən təhsil eksperti Nadir İsrafilov deyib. O bildirib ki, DİM tərəfindən səhv sualların salınması əvvəllər də rast gəlinən hadisədir:

"Ümumiyyətlə götürdükdə, DİM-in keçirdiyi ayrı-ayrı ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanında düşən səhv test tapşırıqlarının olması barədə zaman-zaman məlumatlar yayılması birinci hal deyil. İstər-istəməz onunla da razılaşmalıyıq ki, bu kimi halların baş verməsi sadalamağa ehtiyacı olmayan müxtəlif səbəblərdən irəli gəlib, gəlir və gələcəkdə də gözləniləcəyi istisna olunmur və bunun süngü-qalxanla qarşılanmasının da o qədər də tərəfdarı deyiləm. Hər şeydən əvvəl ona görə ki, DİM üzərinə son dərəcə böyük yük götürüb və daşıdığı məsuliyyət təkcə insan amili ilə deyil, texniki səbəb və bir çox digər faktorlarla da əlaqədardır. Əlbəttə, bu kimi arzuolunmaz hallar baş verərkən, yəni səhv tərtib edilən sualların etiraf edilməsi və cavabların məhz abituriyentlərin xeyrinə hesablanması birmənalıdır. Ədalət naminə deməliyik ki, dəfələrlə DİM tərəfindən belə addımların atılmasının da bilavasitə şahidi olmuşuq”.

Məsələyə münasibət bildirən digər təhsil eksperti Elçin Əfəndi isə sözügedən sualın yanlış olmadığını bildirirək, Kamran Əsədovu yanlış məlumat yaymaqda ittiham edib:

"Bu sualda DİM əsaslı olaraq səhv olmadığını bildirir. Çünki burada doğru cavab var. Hakimlər elmi fəaliyyətlə məşğul ola bilər, Milli Məclis üzvlüyünə namizədlər də həmçinin. Eləcə də din xadimləri ola bilməzlər. Orada soruşulan sual konkretdir və konkret də cavabı var. Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”.

Qeyd edək ki, Kamran Əsədov DİM-in keçirdiyi II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında düşən səhv test tapşırıqlarının olması barədə məlumat yaymışdı. O bildirmişdi ki, səhv tərtib edilən bu sualların cavabları abituriyentlərin xeyrinə hesablanmalıdır.
Bundan sonra isə DİM mətbuata açıqlama verərək, sualların düzgün olduğunu və abituriyentlərin xeyirinə hesablanmayacağını bildirib.(axar.az)
 

 




Загрузка...
Həmçinin oxuyun:
DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

"Biz ancaq  facebookda söyüş qrupu yaradıb cammatı fake profillə söymək işinə baxırıq"

"Biz ancaq facebookda söyüş qrupu yaradıb cammatı fake profillə söymək işinə baxırıq"

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Qəbul testində səhv aşkarlandı

Qəbul testində səhv aşkarlandı

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv

7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Abituriyentlərin nəzərinə: izahları əldə edə bilərsiz!

Abituriyentlərin nəzərinə: izahları əldə edə bilərsiz!

Qəbul imtahanları ilə bağlı daha bir etiraz

Qəbul imtahanları ilə bağlı daha bir etiraz

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Müəllimlərin  bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Müəllimlərin bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"