AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
07 noyabr 2018
2 239


“İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin dərk etməyəcəyi ifadələr yer alır” – “Sos” siqnalı



 

 
 
"Milli-mənəvi dəyərlərimizi əks etdirən xeyli nümunə olsa da, onları yazan, sətrə köçürən yazarlar yoxdur”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim Almaz Həsrət deyib. Onun sözlərinə görə, müasir dövrdə Azərbaycanda tam yetişmiş uşaq ədəbiyyatına toxunan   müəlliflər  az görünür:

"Sırf Azərbaycan uşaq ədəbiyyatına nəzər salsaq, ədəbiyyatların azlıq təşkil etdiyini görərik. Kitab dükanlarında da daha çox xarici uşaq ədəbiyyatlarına rast gəlinir.

Təəssüf ki, müasir dövrdə Azərbaycanda tam yetişmiş uşaq ədəbiyyatı yazarı azdır. Yalnız  xarici mənbələrə  məxsus  uşaq  tərcümələrindən istifadə edilir. Satışda da onlar üstünlük təşkil edir.

Əvvəl Azərbaycanın görkəmli uşaq ədəbiyyatı yazarları var idi. Daim Abdulla Şaiq, Mirzə Ələkbər Sabir kimi yazarların əsərlərini əzbərləyib onlardan örnək  nümunə götürərdik. Təəssüf  ki, indiki yazarların sırf uşaqlara yönəldilən, onların psixologiyası, təfəkkürü səviyyəsində şeir və hekayələri yoxdur. İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin dərk etməyəcəyi ifadələr yer alır.

Deməli, artıq sırf uşaq ədəbiyyatına yönəldilmiş quruma ehtiyacımız var. Yəni, uşağın tərbiyəsinə təsir edən, onun gələcək  təhsilinə təkan verə biləcək ədəbiyyat olmalı, bunun üçün müəyyən mərkəzlər, qurumlar yaradılmalıdır. Uşaq ədəbiyyatını əks etdirən cizgi filmlərinin yaradılması da yeni nəslin inkişafına müsbət təsir göstərər”.

Əməkdar müəllim  açıqlamasında ətrafında sırf uşaq ədəbiyyatı yazarlarını toplayan,  bu sahə üzrə mütəxəssislər hazırlayan mərkəzlərin yaradılmasını vurğulayıb:

"Milli-mənəvi dəyərlərimizə uyğun uşaq ədəbiyyatı formalaşmalıdır.  Bu, adından göründüyü kimi uşaqlarımızın istifadə edəcəyi ədəbiyyatdır. Orada  vəsf olunan hər hansı bir bölgə, məkan xarici ölkələrin deyil, Azərbaycanın olmalıdır. Əks halda, bu, uşaqlarımızda milli-mənəvi dəyərlərin  formalaşmasına mənfi təsir göstərəcək. Çox istəyərdim ki, müəyyən qurum, mərkəz yaradılsın. Burada sırf uşaq ədəbiyyatı yazarları  toplansın və bu sahə üzrə mütəxəssislər  hazırlansın.

Dəfələrlə sosial şəbəkələrdə ibtidai sinif kitablarından nümunələr paylaşılıb. Onlara milli-mənəvi dəyərlərimizi ehtiva etməyən ifadələr var. İbtidai sinif dərsliklərində  uşaq ədəbiyyatına yönəldilən mətnlərə, sadə dildə yazılışa az təsadüf olunur. Buna görə də ibtidai sinif şagirdlərini şeir əzbərləmək və onu təhlil etməyə  tənbəllik edirlər. Onlar bu zaman ciddi çətinliklə üzləşirlər. İbtidai sinif dərsliklərindəki mövzulara diqqət etmək lazımdır. Mövzular müəllifin və ətrafındakı ən azı iki nəfərin dərk  edəcəyi səviyyədə olmamalıdır.  Orta məktəblərdə təhsil alan ibtidai sinif şagirdlərinin beyninə uyğun  yazılmalıdır ki,  hamı dərk etdin”.

 Filologiya üzrə elmlər doktoru Yaqub Babayevin sözlərinə görə son illər ümumiyyətlə ədəbiyyata, sözə, şeirə maraq azalıb:

"Son vaxtlar ədəbiyyata, şeirə, sözə də ehtiyac azalıb. Çünki sosial  şəbəkələr ümumi   ədəbiyyata, kitaba dəftərə  marağı azaldıb. O da istər-istəməz ədəbiyyata ümumi mənada  mənfi təsir göstərir. Həm böyüklər üçün   həm də uşaq   ədəbiyyatmızda son on illər  ləngimə baş verir.  Çünki onun nə oxucusu nə də böyük yazıçısı, şairi yoxdur.   Şəxsən məni nə böyüklər, nə də uşaqlar  üçün yaranan ədəbiyyatın indiki vəziyyəti   qəti qane etmir. Amma tam demək olmaz ki ədəbiyyatda heç nə yaranmır. Yarananlar da  Abbas Səhhət, Süleyman Sani Axundov, Abdulla Şaiq  sonrakı dövrlərdə Mirvari Dilbazi, Teymur Elçin, İlyas Tapdıq, Məstan Günər bunların yaradıcılığı ilə müqayisədə  həm mövzu, məzmun, ideya baxımından  həm də sənətkarlıq baxımından aşağı səviyyədədir.

Yuxarı siniflərə məxsus ədəbiyyat dərsliklərinə baxanda  külli miqdarda səhvliklər görünür. Bundan əlavə uşaqların səviyyəsinə uyğun olmayan materiallar var. Müasirlik adı altında dərsliklərə elə materiallar əlavə edilir ki , guya uşağın təfəkkürünü, idrakını inkişaf etdirir. Halbuki, bunlar nə təfəkkürə nə də idraka xidmət edir. Bunlar sadəcə quru, mücərrəd uşaqlara heç nə verməyən materiallardır. Şübhəsiz uşaqların əqli inkişaf səviyyələri də nəzərə alınmalıdır. Yəni  dərsliklərə salınan xeyli materiallar   bayağı, gərəksiz materiallardır”.
 
 

 





Загрузка...
Həmçinin oxuyun:
Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“İndiki uşaqlara “Xoruz”, “Keçi”, “Tıq-tıq xanım” maraqsızdır, onlara planşet lazımdır” – Həkimdən qəribə yanaşma

“İndiki uşaqlara “Xoruz”, “Keçi”, “Tıq-tıq xanım” maraqsızdır, onlara planşet lazımdır” – Həkimdən qəribə yanaşma

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Valideynlər NƏZƏRİNƏ: İş dəftərləri məcburi deyil!

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”