AzTehsil.com


Xəbərlər / Məktəb Güşəsi
16 oktyabr 2018
3 635


"Şəngülüm, şüngülüm, məngülüm" kimi nağıllarla şagirdlərin diqqətin buna yönəltmək lazımdır..



 

Son günlər ölkədə fəaliyyət göstərən məktəblərdən şagirdlərin oğurlanması haqqında xəbərlər yayılıb. Valideynlər və şagirdlərin həyəcanına səbəb olan bu tip hadisələrdən məktəb rəhbərliyi necə sığortanmalı, uşaqların valideyinlərin psixoloji durumu necə idarə olunmalıdır? Olaylar.az bu sualla təhsil üzrə ekspert Nadir İsrafilov və "Şəms" Uşaq və İnkişaf mərkəzinin psixoloqu Afaq Əmirliyə müraciət etdi.
 
Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, dünyanın digər əksəriyyət ölkələri ilə müqayisədə Azərbaycan üçün nəinki məktəblilərin, ümumiyyətlə insan oğurluğu kimi hadisələr o qədər də xarakterik hal deyil, baxmayaraq ki, belə halların baş verməsi də istisna olunmur: "Digər bir məsələ ondan ibarətdir ki, biz çox halda "oğurlanma" ilə "qaçırılma" hallarını da eyniləşdiririk, halbuki bu kimi hallar tam fərqli məqsədlərdən irəli gəlir. Yəni oğurlanmada maddi, qisas, mesal və digər maraqlar olduğu halda, qaçırılmada tamam başqa mental xüsusiyyətlər, məsələn erkən nikahlar özünü biruzə verir. Deyək ki, qız qaçırılmasında, sevgi, məhəbbət amili də ola bilər, hətta qarşılıqlı razılaşma da. Və nəhayət bütün oğurlanma və qaçırılma hallarını oğurlanan və qaçırılanın məktəbyaşlı olmasına əsasən məktəblə və məktəbli ilə bağlamaq da yanlış və təhlükəli tendensiyadır. Hesab edirəm ki, hər hansı bir fakt hüquq-mühafizə orqanları tərəfindən tam təfsilatı ilə araşdırılaraq, yalnız ona hüquqi qiymət verildikdən sonra ictimailəşdirilə bilər".
 

"Şəngülüm, şüngülüm, məngülüm" kimi nağıllarla şagirdlərin diqqətin buna yönəltmək lazımdır..

 

Ekspert qeyd edir ki, bu kimi halların hər kəsdə narahatlıq doğurmasının bir və ən başlıca səbəkarı da sosial şəbəkələrdir: "Bəzən təsdiqini tapmayan hadisələr barədə yanlış məlumatlar yayılır, birindən digərinə ötürülür, hətta məktəbli uşaqların "orqan mafiyası" tərəfindən oğurlaması barədə qorxulu şaiyələr yayılır. Ümumiyyətlə bir sıra ölkələrdə olduğu kimi, bizdə də sosial şəbəkələrdə təhlükəsizliyin qorunması üçün, nəzrət xarakterli təbirlərin görülməsinin vaxtı artıq gəlib çatıb. Əlbəttə bu kimi halların baş verməsi məktəbi, digər əlaqədar təhsil qürumlarını da məsuliyyətdən heç cür azad etmir. Baxmayaraq ki, xüsusilə son illər bu istiqamətdə müəyyən əməli işlər görülüb, təlim-tərbiyə müəssisələrinin mühafizəsinin gücləndirilməsi məqsədilə bir çox təhsil obyektlərində kameralar quraşdırılıb, bir çox müəssisələrdə xüsusi mühafizə xidməti fəaliyyət göstərir, "məktəblinin dostu" kimi pilot layihəsi həyata keçirilir. Təhsil nazirliyi tərəfindən qabaqlayıcı xarakterli əmrlər və təlimatlar yerlərə göndərilib. Bununla belə region məktəblərinə də diqqət gücləndirilməlidir. Bu vəzifələri tam yerinə yetirmək üçün kifayət qədər maliyyə vəsaitləri tələb olunur".
 
"Şəms" Uşaq İnkişaf Mərkəzinin psixoloqu Afaq Əmirli qeyd edir ki, son günlər yayılan mesajlarla bağlı valideynlərin əksəriyyəti həyəcan hissi keçirir: "Lakin bu zaman təşviş halında olan valideyn övladına da həmin hissi yaşadaraq, onda psixoloji gərginliyin yaranmasına səbəb olur. Kiçik yaşlı uşaq stress halına düşə bilər, güclü qorxu, həyəcan hissi keçirə bilər ki, bu da onun ümumi psixoloji durumuna mənfi təsir göstərə, travma yarada bilər. Odur ki, valideyin övladının yanında, xüsusən emosional həssas uşaqların yanında diqqətli olmalı, davranış və sözündə olmalıdır. Ümumilikdə uşaqlara təhlükəsizlik qaydalarını təkcə real təhlükə olan zaman deyil, daima xatırlatmaq lazımdır: qaynara əl vurma, tikana toxunma, elektrik əşyalarıyla, qaz sobası ilə ehtiyyatlı ol və s. "
 

"Şəngülüm, şüngülüm, məngülüm" kimi nağıllarla şagirdlərin diqqətin buna yönəltmək lazımdır..

 

Psixoloq qeyd edir ki, uşaqlara həmçinin tanımadığın insanlarla söhbət etmək, onlardan nəsə götürmək, icazəsiz məktəbdən və ya evdən çıxmaq, evdə tək olarkən qapını tanımadığın insana açmaq olmaz və s. bilgilər verilməlidir". "Bu cür maarifləndirmə məktəbdə müəllimlər, evdə valideynlər tərəfindən həyata keçirilməlidir. Xatırlatma zamanı uşaqların individual xüsusiyyətlərini, yaşını nəzərə almaq lazımdır. Kiçik yaşlı uşaqlara bunu rəsm, oyun əsnasında, həmçinin nağıl qəhrəmanlarının timsalında anlatmaq olar: "Qırmızı papaq", "Şəngülüm, şüngülüm, məngülüm" kimi nağılları danışdıqdan sonra, uşaqların diqqətini Qırmızı papağın qurdu tanımadan onunla söhbət etməsinə, Şüngülümün isə qapını açmasına yönəltmək lazımdır. Ümumi maarifləndirmə formasında olan xatırlatmalar uşaqlara qorxu hissini deyil, özünü təhlükədən qoruya bilmə yollarını öyrədir."



Загрузка...
Həmçinin oxuyun:
Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı