AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
31 avqust 2018
8 290


Müəllimin sinifdə üzərinə düşən vəzifələr....



Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

 

 

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr

 
1. Müəllim dərsə gəldiyi zaman tam hazırlıqlı olmalıdır. Paltarlarının və bədəninin təmizliyinə xüsusi diqqət yetirməlidir. Geyindiyi paltarlar sadə və səliqəli olmalıdır. Lakin bu heç də o demək deyildir ki, olduqca bahalı paltarlar geyinib başqalarını özünə cəlb etmiş olsun. Müəllim hər şeydən əvvəl öz şəxsiyyətini qoruyub saxlamağı bacarmalı və şagirdlərinə örnək və nümunə olmalıdır.

2. Yaxşı olar ki, mənzildən çıxan zaman Peyğəmbərin (s) tövsiyə etdiyi bu duanı oxusun:«İlahi kimsəni [haqq] yoldan azdırmaqdan, yolumu azmaqdan, büdrəyib-büdrətməkdən, kimsənin haqqını tapdayıb və kimsənin mənim haqqımı tapdamasından, kimsəni nadanlığa sövq etməkdən və özümün nadanlığa düçar olmağımdan Sənə pənah gətirirəm. İlahi! Sənə yaxın olan bəndələrin əziz olarlar. Sənə sitayiş etmək olduqca böyük və əzəmətlidir və Səndən başqa ibadət olunası varlıq yoxdur». Sonra bunları demək daha yaxşı olar:«Allahın adı ilə! Allah mənə kifayət edər. Ona təvəkkül etdim. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur. O, böyük və uca olan Allahdır. İlahi! Qəlbimi imanla dolu və haqqı dilimə gətir». 

3. Müəllim sinifə girdiyi zaman şagirdlərə salam verib, gülər üzlə onlarla hal-əhval tutmalıdır. O, özünün müəllimlik əxlaq və davranışını dərsin əvvəlindən sonunadək qoruyub saxlamağa çalışmalıdır. Dərs boyu şagirdlərin diqqətini özünə cəlb etməli, şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Dərsin gedişatını tam ələ almalı, şagirdləri diqqət mərkəzində saxlamaq üçün sinifdə özünə münasib bir yer seçməlidir.

4. Dərsi Allahın adı ilə başlayıb Ona həmd və səna etməklə başa vurmalıdır ki, bu xüsusiyyət şagirdlərdə də adət halına çevrilsin. Əxlaq alimləri müəllimlərə tövsiyə etmişlər ki, dərsə başlamazdan əvvəl hətta iki rük`ət namaz qılıb Allah-taaladan bu işdə onlara kömək etməsini diləsinlər. Bütün bunlar şagirdlərin dərsə olan əlaqələrini daha da artırır və təhsilə daha böyük əhəmiyyət verib, niyyət saflığı və Allah rizasına nail olmağa böyük köməklik göstərir.

5. Müəllimin tədris üsulu elə olmalıdır ki, şagirdlər onun öz dediklərini qəbul etdiyinə yəqinlik hasil etsinlər. Əks təqdirdə, müəllimin dediklərinə nəinki əməl olunmayacaq, şagirdlərə heç bir müsbət tə`sir də göstərməyəcəkdir. Bunun üçün də müəllim dərsin gedişatına ciddi yanaşmalı, yersiz zarafat və əyləncələrə yol verməməlidir. Lakin ciddilik dedikdə, heç də müəllimin şagirdlərə soyuq münasibət bəsləyib onlara qarşı amansız olması nəzərdə tutulmur. Müəllim daim dərsin gedişatına nəzarət etməli və şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Onlarda yorğunluq hiss etdikdə əhval-ruhiyyələrinin yüksəldilməsi üçün qısa və mə`nalı zarafatla yorğunluqlarının aradan qaldırılmasına çalışmalıdır. Lakin zarafat etdikdə də ifrata varıb dərsin pozulmasına yol verməməlidir. Əks təqdirdə, müəllim sinfi idarə etməyə qadir olmayacaqdır.

6. Müəllimin özünəməxsus tədris üsulu olmalı, şagirdlərə, tədris edəcəyi kitablar haqda əvvəlcədən mə`lumat verməlidir.
Nəzərdə tutduğu mövzunu izah etməzdən əvvəl şagirdlərin iste`dad və bacarıqlarını, həmçinin onların elmi səviyyələrini nəzərə almalıdır. Birinci dərs günü ilk tanışlıqdan sonra öz tədris üsulu, həmçinin tədris etdiyi fənnin müsbət cəhətləri haqda şagirdlərə ümumi mə`lumat verməlidir.

7. Müəllim, haqqında söhbət açdığı mövzunu çox uzatmamalı və dərsin gedişatını yorucu etməməlidir. Dərsi izah edərkən mətləbin təkrarına və uzadılmasına yol verməməli və şagirdlər özlərini iclasda deyil, dərsdə hiss etməlidirlər. Eyni zamanda mətləbi o qədər də ixtisara salmamalıdır ki, şagirdlər dərsi qavramaqda çətinlik çəkmiş olsunlar. Bir sözlə, mətləbi nə həddindən artıq uzatmalı, nə də ixtisara salmalıdır. Lakin, bə`zən əxlaqi və tərbiyəvi məsələlərin ətraflı izah olunmasına ehtiyac duyulur. Şagirdlərin dərsi yaxşı qavraması üçün belə mövzular bir neçə dəfə təkrar olunmalı və ya əlavə olaraq xatırlanmalıdır.

8. Müəllim öz dərs üslubunda, dərsin vaxt və keçirilməsində şagirdlərin istək və təkliflərini nəzərə almalıdır. Ən qısa müddət ərzində şagirdlər dərsdən mümkün qədər çox bəhrələnməlidirlər. Müəllim dərs zamanı nə səsini həddindən artıq ucaltmalı, nə də şagirdlərin eşidə bilməyəcəkləri qədər asta danışmalıdır.

9. Müəllim şagirdlərin səs-küyünün qarşısını almalı və dərsin öz axarından çıxmasına, özünün və digər fəal şagirdlərin narahatçılığına yol verməməlidir. Əks təqdirdə, sinfin nizam-intizamı pozulacaq və sinfə nəzarət etmək mümkün olmayacaqdır.

10. Sinfin nizam-intizamını qoruduğu zaman şagirdləri inzibati qayda-qanunlara riayət etməyə, bir-birlərinə qarşı hörmətlə yanaşmağa sövq etməlidir. Həmçinin, onlarda ictimai-əxlaqi məs`uliyyət hisslərini gücləndirməyə və ictimai həyata hazır olmağa kömək etməlidir.

11. Müəllim şagirdlərin verdikləri suallara təmkinlə cavab verməli və onları qane etməyə çalışmalıdır. Çünki, suallar bə`zən şagirdlər tərəfindən şəxsi qərəzçilik və ya müxtəlif səbəblər üzündən verilir. Bə`ziləri müəllimin elmi səviyyəsini yoxlamaq, bə`ziləri də dərsin gedişatına mane olmaq məqsədilə qeyri-məntiqi suallara əl atırlar. Lakin bir çox hallarda suallar maraq və ya şübhəni aradan qaldırmaq məqsədilə verilir. Bə`zi hallarda şagirdlər öz fikirlərini çatdırmağa qadir olmadıqları üçün verdikləri sualları lazımı qaydada açıqlaya bilmirlər. Bunun üçün də şübhəli ifadələrdən istifadə edirlər. Bu kimi hallarda müəllim tam soyuqqanlıqla şagirdlərin verdikləri bütün suallara məntiqi cavab verib qərəzli sualların qarşısını almalı, eyni zamanda öz müəllimlik şəxsiyyətini qorumağa çalışmalıdır.

12. Müəllim verilən sualların cavabını bilmədikdə, müxtəlif fikirlər irəli sürmədən cəsarətlə – «Bilmirəm» – deməlidir.

Əli (ə) bu haqda buyurur:
«Sizdən bilmədiyiniz şeylər haqda soruşduqda qaçmağa çalışın». Səhabə – «Necə qaçaq?» – soruşduqda, buyurur:
«Deyin ki, Allah hər şeydən agahdır». 

İmam Məhəmməd Baqir (ə) buyurur:

«Bildiyiniz şey haqda danışın, bilmədiyiniz şeylər haqda – «Allah hər şeydən agahdır!» – deyin. Həqiqətən bir şəxs Qur`an ayələrinin birinin anlamını yanlış bəyan edərsə, yerlə göy arası qədər süquta uğrayar» 

Bə`ziləri belə güman edirlər ki, «bilmirəm» deməklə, onların elmi məqamına xələl gələcəkdir. Lakin, həqiqət bunun tam əksinədir. Şagirdlər müəllimin bilmədiyini e`tiraf etdiyini görüdükdə, tədris etdiyi fənnə daha arxayınlıqla yanaşıb bunu müəllimin təqva və imanından irəli gəldiyini hesab edəcəklər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, bütün insanların elmi səviyyəsi məhdud və naqisdir. Belə ki, bütün elmlərə yiyələnən bir şəxs tapmaq sadəcə olaraq qeyri-mümkündür.
 
Demək, bizim bə`zi sualların cavabını bilmədiyimizi e`tiraf etməyimiz tamamilə təbii bir haldır. Verilən suallara heç bir məntiqə əsaslanmayan cavab verdikdə isə, şagirdlərdə istər-istəməz müəllimə qarşı şübhə hissi yaranır. Alimlərdən biri bu haqda deyir: «Bilmirəm» deməyi öyrəndikdə başqalarının həmin mətləbdən agah etmələri sənə nəsib olacaqdır. Nəhayət elə bir həddə çatacaqsan ki, cəsarətlə «Bilmirəm!» deyəcəksən.
 

Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

 





Загрузка...
Həmçinin oxuyun:
İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Dərsə verilən müasir tələblər

Dərsə verilən müasir tələblər

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...