AzTehsil.com
RU


Xəbərlər / Ekspert
23 may 2018
8 766


Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?



Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

 


Əmək Məcəlləsinə və "Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.Layihəyə əsasən "Təhsil haqqında” qanunun 1-ci maddəsinə 6-1 və 8-1 bəndləri əlavə edilir.

Təklif olunan 6-1 bəndində deyilir ki, sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. 8-1 bəndində isə bildirilir ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən, məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır.

Əmək Məcəlləsinə təklif olunan 67-2 (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) maddəsində bildirilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb olunurlar.

Diqqət çəkən məqam Əmək Məcəlləsinə və "Təhsil haqqında” qanuna əlavə və dəyişikliklərdən daha çox məsələyə münasibətlə bağlı Təhsil nazirliyi yetkilisinin açıqlamasıdır: "Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.
 
Onun sözlərinə görə, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. bu proses bütün müəllimləri əhatə etməyəcək: "Təbii ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil.
 
Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər. Ondan sonra attestasiyanın olub-olmayacağı məlum deyil. Çünki ilkin olaraq müəllimlərin sertifikasiyasına başlamaq lazımdır”.

Əvvəla, "Qaydalar” hələ təsdiq edilməyibsə, qanunvericilikdə dəyişikliklər olmayıbsa, sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyibsə, attestasiyanın olub-olmayacağı məlum deyilsə, bəri başdan ajiotaj yaradıb, bu kimi "bəyanatlarla” onsuz da daim səksəkədə olan müəllimlərin əsəbləri ilə oynamağa nə ehtiyac var?
 
Ikincisi, "Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyada da iştirak etməyəcəklər”sə, bu kateqoriyadan olan müəllimlərin taleyinə nəyayət nə vaxt aydınlıq gətiriləcək?
 
Üçüncüsü, əgər sabiq təhsil naziri tərəfindən dəfələrlə "Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq.
 
Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər” kimi bəyanatlar verilibsə, attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Yox, əgər deyək ki, məsələn, Ukraynanın təcrübəsinə istinad ediriksə, bu ölkədə attestasiyanı nisbətən mücərrəd proses hesab etdikləri üçün onlar bu gün peqaqoqların sertifikatlaşmasına attestasiyaya alternativ variant kimi baxır və sertifikatlaşma ilə  mərhələli şəkildə müəllimlərin atesstasiyasını reallaşdırmaq mümkün olacağına ümid edirlər. Biz isə attestasiyaya hazırlıq mərhələsi kimi artıq neçə illərdir ki, sınaq imtahanlarından və diaqnostik qiymətləndirmədən keçmiş, müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcəyini bəyan etmişik. Bir də ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi hələ tam başa çatmayıb…

Bununla əlaqədar kiçik bir xatırlatma yerinə düşər ki, hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımiı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.

Bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. O vaxtın təhsil nazirinin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.
 
Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı. Elə isə, bu 20 ilə yaxın bir müddət attestasiyaya hazırlığa kifayət etmədisə, 150 min müəllimin sertifikasiyadan keçirilməsinə görəsə, daha neçə illər lazım gələcək?
Maraqlıdır ki, 2009-cu ildə qəbul edilən "Təhsil haqqında” Qanunun ümumi müddəalar fəslinin 1 maddəsinin əsas anlayışlar bölməsinə attestasiya, akkreditasiya, nоstrifikasiya kimi anlayışlar daxil edildiyi halda, sertifikasiya barədə qeyd salınmayıb. Yalnız Milli Məclisin 29 dekabr  2015-ci il tarixli iclasında "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərkən bu məsələ yada düşüb.

Sadəcə olaraq, baxaq görək hansı daha münasib səslənir: Attestasiya – (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq); Sertifikasiya – (lat. certum – doğru + lat. Facere – etmək)  "Attestasiya”,"sınaq imtahanı”,"könüllü attestasiya”,”lisenziya”," diaqnostika”, sertifikasiya” … Ümid edək ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması barədə bu yeni təklif  "Təhsil haqqında” qanuna əlavə ediləcək sonuncu dəyişiklik olacaqdır. Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun. Elə çıxmasın ki, ölkəmizdə sanki müəllimdən başqa digər peşə sahiblərinin olmaması barədə çəmiyyətdə arzuolunmaz fikir formalaşsın…
 
Nadir İsrafilov təhsil üzrə ekspert



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq