AzTehsil.com


Xəbərlər / Bakalavr
27 mart 2018
2 656


İlham Əliyev: "Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər"



İlham Əliyev: "Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər"

 

Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər.

Aztehsil.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, kadr hazırlığına ciddi fikir verilməlidir: "Qeyd etdiyim kimi, son illər ərzində - 2016-cı ilə qədər pambıqçılıq tənəzzülə uğradığı üçün bu peşəyə yiyələnmək istəyənlərin də sayı çox az idi. Bu sahə demək olar ki, ciddi kadr təminatı ilə dəstəklənmir. Ona görə indiki şəraitdə Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər. Bu, nəzərə alınsın və eyni zamanda, texniki peşə məktəblərində də bu sahəyə xüsusi diqqət göstərilsin".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda pambıqçılığın böyük gələcəyi var. Bizə hazırlıqlı mütəxəssislər, kadrlar, müasir texnologiyaları bilən kadrlar lazımdır:

"Mən keçən il Saatlı rayonunda keçirilmiş müşavirədə qeyd etmişdim ki, Mingəçevir Yüngül Sənaye Parkının açılışı gözlənilir. Bu ilin fevralında bu parkda birinci zavodlar, fabriklər işə düşdü. Bu, böyük sənaye kompleksi olacaq, Mingəçevir şəhərində işsizliyin aradan qaldırılmasına kömək göstərəcək. İndi iki fabrikdə 700-dən çox insan işləyir. Növbəti dövrdə yeni fabriklərin yaradılması nəzərdə tutulur. İndi hazırlıq işləri gedir. Ancaq qısa müddət ərzində iki böyük iplik fabriki işə düşdü. Mən bunu qeyd etdim, bir daha demək istəyirəm, bu fabriklər 20 min ton iplik istehsal edir. Fabriklər açılana qədər Azərbaycanda iplik istehsalı 24 min ton idi. Altı fabrik fəaliyyət göstərirdi. Bu iki fabrik demək olar ki, onun yarısını təmin edir. Bu da ixracyönümlü məhsuldur. Biz indi pambığı mahlıca, mahlıcı isə ipliyə çeviririk və ixrac edirik, eyni zamanda, daxili istehsalda bundan istifadə edirik. Yeni iplik fabriklərinin tikintisinə ehtiyac olacaq, çünki bizdə pambıq istehsalı artacaq. Biz elə etməliyik ki, tədarük edilən bütün pambıq, ondan hazırlanan mahlıc Azərbaycanda emal olunsun, ipliyə və ondan sonra hazır məhsula çevrilsin. Biz bu işlərə əlavə dəyər qataraq həm minlərlə yeni iş yeri yaradacağıq, həm də daha böyük qiymətə rəqabətqabiliyyətli məhsul ixrac edəcəyik. Yəni, biz artıq bu işin ortasındayıq. İplik fabriklərinin emal gücü 44 min tondur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Ondan sonra bununla paralel olaraq hazır məhsulun istehsalı da nəzərdə tutulmalıdır.

Bax, görün, pambığın istehsalı ölkəmizə nə qədər böyük xeyir gətirir. Qeyd etdiyim kimi, bu, ölkəmizə valyuta, yeni texnologiyalar gətirir, nəinki pambıq yetişdirən rayonlarda, indi Mingəçevir şəhərində iş yerləri yaradılır. Çünki bu fabriklər dünyanın ən qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərirlər".



Загрузка...
Həmçinin oxuyun:
"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Bu il 159 milyon manatlıq kompüter və elektron məhsul istehsal olunub

Bu il 159 milyon manatlıq kompüter və elektron məhsul istehsal olunub

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

Lənkəran Dövlət Universiteti ilkə imza atdı

Lənkəran Dövlət Universiteti ilkə imza atdı

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Təhsil naziri təyinatı niyə gecikir?

Təhsil naziri təyinatı niyə gecikir?

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Təhsil Nazirliyindən mühüm AÇIQLAMA

Təhsil Nazirliyindən mühüm AÇIQLAMA

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb