Qızlar məktəbinin direktoru “qız” sözünü qadağan etdi
Böyük Britaniyanın Mançester şəhərində "Oltringem" qızlar məktəbində rəhbərlik şagirdlərin qız adlandırılmasını qadağan edib.
Məlumata görə, məktəb direktoru bunun əvəzində cins baxımdan daha neytral ifadələrdən istifadə etməyi təklif edib.
Valideynlərə ünvanlanan məktubda məktəb rəhbərliyi qərarı izah edib.
Bildirilib ki, bu qərar cinsi mənsubiyyətin müəyyənləşdirilməsində çətinlik çəkən uşaqların özünü daha rahat hiss edə bilmələri üçün verilib.
Bununla belə, məktəb öz adındakı "Qızlar" sözünü yığışdırmaqdan imtina edib.