Məktəb direktorlarından biri öldü, digəri intihar etdi - Göyçay rayon Təhsil şöbəsindən AÇIQLAMA
Dekabrın 22-də Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib.
O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan direktor ilkin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.
Aztəhsil.com saytına Göyçay rayon Təhsil şöbəsindən verilən məlumata əsasən, hadisə bir qədər fərqli təzahür edib.
"Mübariz Şamilov yarım il öncə əməliyyat olunmalı idi, ancaq olunmadı. Həftənin şənbə günü iki toyda iştirak edib. Toydan sonra özünü narahat hiss edirdi. Bu səbəbdən də Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasına gedib. Ürəyindəki 4 damardan 3-ü, o cümlədən, 4-cüdə də az bir hissə tutulu olub. İnfarkt keçirdiyi üçün də əməliyyat etmək mümkün olmayıb. Xəstəxanada da dünyasını dəyişib”.
Göyçay rayon 9 saylı orta məktəbin direktoru Akif Qədirlinin intihara cəhd etməsinə gəlincə isə, Göyçay rayon Təhsil şöbəsindən bildirilib ki, sözügedən hadisə ani depressiya səbəbindən baş verib.
"Cüzi bir damar kəsimi olub. Hadisə gözlənilməz baş verib. Bu da Akif müəllimin depressiyada olması ilə əlaqədardır. Hazırda özü də haqqında yazılan xəbərlərdən məlumatlıdır və etdiyi hərəkətdən peşimandır”.
Aztəhsil.com