AzTehsil.com


Xəbərlər
10 yanvar 2018
2 388


BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı



BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi, BANM Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zaur Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunan X qrant müsabiqəsində "Biokütlədən sənaye məhsullarının istehsalı” adlı layihəsilə iştirak edərək qaliblərdən biri olub və maddi mükafatlandırmaya layiq görülüb.

 

Gənclər Fondunun maddi və BANM-ın təşkilati dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin qeyri-neft sektoruna olan marağının artırılması və bərpa olunan enerji mənbələrindən biri olan biokütlə haqda məlumatlandırılmaqla onların diqqətinin bu sahəyə cəlb edilməsi olub.


BANM-ın tələbəsinin layihəsində ölkənin 10 universitetindən əsasən ekologiya və mühəndislik üzrə təhsil alan 60-a yaxın tələbə iştirak edib. 4 gün ərzində tələbələrə biokütlənin müxtəlif növləri, onun iqtisadiyyatda və energetikada tətbiqinin əhəmiyyəti, həmçinin müasir istehsalatın ətraf mühitə vurduğu zərərlər haqqında təlimlər və praktik dərslər keçirilib. 

 

Tələbələr üçün təşkil olunan təlimlər sahənin təcrübəli mütəxəssisləri - SOCAR-da texniki istehsalat şöbəsinin mühəndisi Pərvanə Babayeva və Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Sosial və ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis Könül Mirislamlı tərəfindən aparılıb.


Layihənin iştirakçıları praktik dərslər zamanı hər biri 6 nəfərdən ibarət 8 komandaya bölünüb, indiyədək əldə etdikləri bilik və təcrübələrini  tətbiq edərək aktual ekoloji problemlərin həlli üzərində çalışıblar. Sonda ən yaxşı praktik həllər hazırlamış ən aktiv komandalar və tələbələr layihədə uğurlu iştiraklarına görə biokütlə və onun əhəmiyyəti haqda biliyini təsdiq edən sertifikatlar və həmçinin kitablarla təltif olunublar.




Загрузка...
Həmçinin oxuyun:
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

BANM-in tələbələri Səngəçal terminalında olublar

BANM-in tələbələri Səngəçal terminalında olublar

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

“Peşəm gələcəyimin təminatıdır”

“Peşəm gələcəyimin təminatıdır”

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı