AzTehsil.com


Xəbərlər / Müəllim
15 dekabr 2017
31 544


Əsl müəllim necə olmalıdır?



Əsl müəllim necə olmalıdır?

Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır.
 
İdeal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alan müəllimlərimizin sayı gündən-günə artır.

Əsl müəllim necə olmalıdır?
 
Əsl müəllimin pedaqoji fəaliyyəti prosesində uğur və nailiyyətlərinin göstəriciləri xüsusi meyarlarla ölçülməli, tələb olunan standartlara cavab verən səviyyədə olmalıdır. Müəllim işini ilk növbədə özünümotivasiyadan başlamalıdır.
 
"Mən kiməm?”, "Mənim biliyim, peşəkarlığım, öyrənmək və öyrətmək həvəsim hansı səviyyədədir?”, "Mən əsl müəllim kimi dövlətimin, cəmiyyətin, qloballaşan dünyanın tələblərini əsas götürüb müasir Azərbaycan məktəblisinə tələb olunan səviyyədə bilik almağın yollarını öyrədə bilirəmmi?”, "Onlara bacarıq və vərdişlər aşılamağa yararlıyammı?”, "Əgər mən arzuolunan müəllim olmaq istəyirəmsə, hansı keyfiyyətlərə sahib olmalıyam?”.

Bundan sonra bu suallardakı məqsədə çatmaq uğrunda müəllim həvəslə və səbirlə səy göstərməlidir. "İntizar gülzarına səbir buludundan su verilərsə, qönçə çiçəklənib muradına çatar” söyləyib M.Füzuli. Müəllim məktəbə sadəcə maddi qazanc yeri kimi baxmamalıdır. Müəllimlik peşəsi tamamilə fərqli dəyərlərə köklənir.
 
Müəllim-pedaqoq,unudulmaz musiqiçi Üzeyir Hacıbəyli müəllimi "millət xeyri üçün iş görən şəxs” kimi dəyərləndirir. "Hər adam bu işin öhdəsindən gələ bilməz və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır”, "Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar” deyirdi. Dahi bəstəkar müəllimlik sənətini özü üçün əzablı iş hesab edənlərə məsləhət görürdü ki, bu peşədən uzaqlaşsınlar və gənc nəslin tərbiyəsi üçün cavabdehlikdən kənar olsunlar.

Müəllim öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Biz şagirdin idrak proseslərinə; duyğular, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalıyıq, bunun üçün dəlil və faktlardan yeri gəldikcə istifadə edilməlidir. Şagirdin fərdi-psixoloji vəziyyətlərini, onun maraq və tələblərini, nailiyyət səviyyəsinə təsir edən mənfi amilləri aradan götürməkdə usta olmalıyıq. Şagird müəllimə inanmalıdır, daha dəqiq, müəllim inandırıcı olmalıdır.
 
Əgər biz bu gün müəyyən şagirdlərdə çatışmazlıqlar görürüksə, eyni zamanda onları ideal görmək arzusundayıqsa, yəni şagirdlərin müəllimə, təhsilə, ümumilikdə ətrafa reaksiyasının dəyişməsini istəyiriksə, ilk növbədə, onlardakı boşluqları görməyi bacarmalıyıq. Bu, öyrənmə boşluğu, ya da yaşadığı hadisələrdən qaynaqlanan mənəvi-psixoloji boşluqlar ola bilər. "Keçid dövrü”, "çətin dövr”, "böhran dövrü” kimi adlandırılan yaş dövründə bu halla daha çox rastlaşa bilərik. Belə vəziyyətlərdə dialoqa üstünlük verməli, bu halın başvermə səbəbini, hansı nəticələrə apara biləcəyini proqnozlaşdırmalıyıq.
 
Müəllim-valideyn əks-əlaqəsini yaradaraq bu cür situasiyalarda qarşılıqlı fəaliyyətin daha çox səmərə verə biləcəyini onlara izah etməliyik. Davranışlarında xətalara yol verən və öyrənməyə marağı olmayan şagirdlərə yanaşma tərzi dəyişməlidir. Şagird hansı tərbiyədə olursa-olsun o, qınaq obyekti olmamalıdır. Müəyyən səbəblərdən istisnalar ola bilər.
 
Ümumilikdə 20-25 nəfərlik sinfə nəzər saldıqda onların fərqli ailələrdən gəldiklərini nəzərə alsaq, şagirdlərin düşüncələri, hər hansı hadisəyə yanaşma tərzində fərqlilik açıq şəkildə gözə çarpır, yəni valideyn tərbiyəsinin, ailə mühitinin, genetik xüsusiyyətlərin rolu danılmazdır. Səriştəsi, peşəkarlığı aşağı səviyyədə olan müəllim üçün, əlbəttə, sinfi ələ almaq çətin olacaq. Bu mənada müəllimin özünün dəyişməsi zamanın tələbidir desək, doğru yanaşma olardı. Müəllim yalnız özünü inkişaf etdirdikdən, təkmilləşdirdikdən sonra müasir dünyanın insanını formalaşdırmağı özü-özünə etibar edə bilər. Bu vaxt aparan bir proses ola bilər, lakin sondakı nailiyyət gözəldir.

Çətin şagirdlərlə iş prosesinə gəldikdə, təsəvvür edək ki, quraqlıq ərazidə bir bitkiyə rast gəlirik. Budaqları əyilmiş, susuzluqdan yarpaqları cırlaşmış, bar verə bilməyən, suya tələbatı olan bir bitki. Bu bitkiyə lazımi qayğılar göstərildikdə formasını dəyişir, hətta bar da verir. Şagirdin çatışmayan tərəflərini bitkinin susuz qalması ilə müqayisə edək. Bu yaranan xoşagəlməz problemlərdəki oxşarlıq bitkinin su, şagirdin isə mənəvi tələbatlarının ödənməməsindədir və bu əskikliklər, əlbəttə ki, şagirdin davranışında, təhsilə münasibətində, yəni ümumilikdə düşüncə tərzində özünü büruzə verəcək. Bu elə bir haldır ki, tənbeh etmək, yaxud şagirdə vəzifə və borclarını xatırlatmaqla aradan qaldırıla bilməz.
 
Əgər hər hansı intizamsız şagird elə düşünə bilsəydi ki, onun etdikləri doğru deyil, yanlış qəbul ediləni etməzdi. Səriştəli, tədbirli müəllimin yeniliklər etməsi, yeni üsul və vasitələr, interaktiv təlim metodları müəyyənləşdirərək dərsləri effektli, müasir üsullarla tədris etməsi və ünsiyyət formasını dəyişməsi, pedaqoji taktikanı və davranış modellərini düzgün seçməsi müəllim-şagird əməkdaşlığını möhkəmləndirər, bu əlaqədə vacib olan uzlaşmanı bərpa edər. Müəllimin şagirdə subyekt kimi yanaşması, ona fikirlərini söyləməkdə müstəqillik verməsi, fərdi və yaş xüsusiyyətlərini nəzərə alması, yaxşı cəhətlərini görməsi onda müəllimə inam və etimad yaradar. Diferensial təlimdə düzgün seçilən üsul və metodların vasitəsilə şagird-şagird, müəllim-şagird əməkdaşlığını müşahidə edirik.
 
Şagirdlərimiz özlərinin qəbul olunduğunu və obyektiv qiymətləndirildiklərini hiss edəndə yeni nailiyyətlərə həvəslənirlər. Onların fərdi-psixoloji xüsusiyyətləri bilik, bacarıq, vərdişlərin qazanılması prosesində aydın görünür və düzgün yanaşma tərzi şagirdin təlim nəticələrinə müsbət təsirini göstərir. Səmərəli, münbit öyrənmə mühitinin yaradılması öyrənmə prosesini asanlaşdırır və bu da təlimdə uğura səbəb olur. Şagirdlərə öyrənməyin əziyyətli, lakin şərəfli olduğunu aşılamalı, onları əməyə alışdırmalı və zəhməti sevməyi öyrətməli, qarşılıqlı fəaliyyəti həyatla əlaqələndirməliyik. Yalnız məqbul təlim-tərbiyədən sonra hərtərəfli inkişaf etmiş insan-şəxsiyyət yetişmiş olar.

Öyrədənlə öyrənən arasında əks-əlaqə prosesində təlim mədəniyyəti yaratmaq xüsusi qabiliyyətlər tələb edir. Bunun üçün müəllimdə didaktik, kommunikativ, təşkilatçılıq və s. qabiliyyətlərin olması mütləqdir. Pedaqoji fəaliyyətin, pedaqoji ünsiyyətin və müəllim şəxsiyyətinin tərbiyəedici və təsiredici xüsusiyyətlərinin olması vacibdir. Biz dözümlülük, hisslərə hakim olmaq, pedaqoji mərifət nümayiş etdirməklə, səs, verbal və qeyri-verbal kommunikasiya vasitələrindən istifadə edərkən ünsiyyət formasını düzgün seçməklə şagirdlərə örnək, şəxsi nümunə olmalıyıq. Millilik prinsipinin əsas olduğunu daim nəzərdə saxlamaqla nəslin gələcək nümayəndələrini elə formalaşdırmalıyıq ki, onlar dünyanın hər hansı məkanına açılan pəncərədən rahatlıqla daxil ola bilsinlər, onlara multikulturalizm və tolerantlığın mahiyyətini başa salmalıyıq.

Reallıqları səmimiyyətlə etiraf etməli və belə bir həqiqəti qəbul etməliyik ki, müasir dövrün kiçik məktəbliləri və yeniyetmələr əvvəlki dövrlərlə müqayisədə fərqli müəllim görmək istəyirlər. Bu istək məktəblinin daxili tələbatından irəli gəlir və onun zövqünü formalaşdırır. Dünya ölkələrindəki yeniliklər, sərhədlərin açılması, dünya xalqlarının bir-birinə yaxınlaşması, ölkəmizdə gedən inkişaf, texnologiyanın sürətli inkişafı baş verən bir zamanda özünü müasir məktəbliyə qəbul etdirmək o qədər də asan məsələ deyil.
 
Məktəblini öyrənməyə həvəsləndirən, onun daxili tələbatlarını ödəməyi bacarmaq istəyən Azərbaycan müəllimi işini sıfırdan qurmağı qarşıya məqsəd qoyur, yenilikçi, yaradıcı, mükəmməl olmağın yolunu "bütün ömür üçün deyil, bütün ömür boyu öyrənmək”də görür.



Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllim kimdir ?

Müəllim kimdir ?

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.