AzTehsil.com


Xəbərlər / Valideyn
06 dekabr 2017
7 073


Ana-övlad münasibətləri - Əgər ana...



Ana-övlad münasibətləri - Əgər ana...

Uşaqların həmişə düşüncələrini, onları narahat edən məsələləri və problemləri bölüşəcək bir kimsəyə ehtiyacları vardır. Onlar həmişə rəhbərlik və dəstəyə ehtiyac duyurlar. Bununla bağlı ana ilə uşaq arasında sabit dostluq münasibətlərinin əhəmiyyətini qiymətləndirmək çox çətindir. Balaca uşaq anasını sadiq yoldaş, yaxın dost, etibarlı müdafiəçi bilməli və ondan heç nəyi gizlətməməlidir.


Əgər ana qarşılıqlı rəğbət və anlaşmaya əsaslanan əlaqəni qura bilmirsə, uşağın bundan ötrü, dosluq və ünsiyyətə olan ehtiyacını ödəyən kimsəni tapması və ürəyinin açarlarını ona verməsi zəruridir. Dostun təsiri o qədər güclü ola bilər ki, uşaq onun qarşısında itaətkarlıq və alçalma hissi keçirə bilər. Bu cür vəziyyət uşağın təcrübəsizliyi və sağlam düşünmə qabiliyyətinin olmaması səbəbindən onun tərbiyəsi nöqteyi-nəzərindən kifayət qədər təhlükəlidir. Əgər bələdçi yolu uçurumdan və ya oğrunu gecə keşikçisindən ayıra bilmirsə, bu kədərli və zərərli nəticələrə gətirib çıxara bilər.


Bəzi analar uşaqlarına kifayət qədər diqqət və məhəbbət ayırmır, onlarla ünsiyyətdən tez yorulurlar. Öz növbəsində anaları tərəfindən soyuqluqla qarşılanan uşaqlar məsləhət üçün başqalarına müraciət edirlər. Onlar ürəklərini təcrübəsiz dostlarına boşaldır, talelərini özləri kimi insanların əlinə verirlər. Nəticədə qarşılıqlı anlaşma itirilir, ana ilə uşaq arasında ünsiyyət, yaxınlıq və dostluq mümkünsüz olur. Məsələn, yeddi yaşlı oğlan hansısa hadisənin şahidi olur və ya onu təəccübləndirmiş və maraqlandırmış bir hadisə haqqında eşidir. Uşağın diqqəti bu hadisəyə bağlanmışdır və o özü onun izahını tapmağa çalışır. Tezliklə oğlan əmin olur ki, o, həmin problemi sərbəst həll etmək qabiliyyətində deyildir və bu haqda anasından soruşmaq və onun rəyini bilmək qərarına gəlir. O, evə qayıdır və şahidi olduğu hadisəni anasına danışır və onun bu haqda nə fikirləşdiyini soruşur. Lakin ev işlərindən yorulmuş ana yorğun olduğunu, vaxtının olmadığını və nahar yeməyini hazırlaya bilmədiyinə görə əsəb keçirdiyini söyləyir. Onun səbri oğluna yalnız bu sözləri deməyə çatır:

 

"Görmürsən əlimdə nə qədər işim var?! Mən vaxtımı boş söhbətlərə sərf etmək istəmirəm. Sənə aydın olmayan nədir?”.


Ananın reaksiyası oğlunu elə dilxor edir ki, ondan bir daha heç bir şey sorumayacağını və ona bir daha sual verməyəcəyini özünə söz verir. Lakin onun hər şeyi bilmək həvəsi təmin olunmamış qalır və o, ona əziyyət verən suala cavab tapmağa cəhd edir və nəhayət onunla bir parta arxasında oturan sinif yoldaşına müraciət etmək qərarına gəlir. Dostu ona özünün dərk etdiyi və öz zövqünə uyğun səviyyədə izahat verir. Ola bilsin bu "məsləhət” uşağın yaddaşında uzun müddət qalsın və onu yalnış yola yönəltsin. Əgər ana oğluna bir qədər vaxt ayırıb, vaxtının olmamasını və iş gördüyünü bəhanə gətirib onunla söhbətdən özünü yayıdırmasa idi, uşaq az məlumatlı dostuna müraciət etməzdi.


Alimlər ana ilə uşaq arasında dostuluğun vacibliyindən və əhəmiyyətindən çox danışırlar. Uşaqla necə danışmaq məsələsi, tərbiyənin xüsusi hissəsini təşkil edir və elmdə bu problemə həsr olunmuş xüsusi bölmə vardır. Valideynlər imkanları və qabiliyyətləri daxilində uşaqların hər şeyi bilmək həvəsini təmin etməli, onların fikir və həyəcanlarına maraq göstərməli, onlarla söhbət etməkdən ötrü daim istənilən imkandan istifadə etməlidirlər. Təəssüflər olsun ki, sərt cəza, kobud danışıq dostluq və bağlılığı asanlıqla dağıdır. Ona görə də uşağı anadan ayıra bilən heç bir hərəkətə yol verilməməlidir. Əgər ana ilə uşaq arasında yaxın münasibətlər qurularsa və onlar qarşılıqlı anlaşma əldə edərlərsə, anasından tükənməz məhəbbət və istilik alan uşaq şübhələrini, həyəcan və təəsüratlarını onunla bölüşəcəkdir.




Загрузка...