AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
28 noyabr 2017
9 334


Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ



Təlim prosesi şagidlərin psixi fəallıqlarının nəticəsidir. Ona görə ki, təlim prosesinin səmərəli təşkilində ayrı-ayrı psixi proseslər mühüm rol oynayırlar.


Bu cəhətdən dərsdə diqqətin düzgün təşkili zəruridir. K.D.Uşinski yazmışdı: "Diqqət, ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq oradan keçir".

 

Müəllim dərsdə şagidlərin diqqətini təşkil etməyi bacarmasa, hər şeyi mənimsədə bilməz. Adətən, şagirdlərin diqqəti zahiri formada baxışların mərkəzləşdirilməsində mimiki və pantomimiki hərəkətlərdə ifadə olunur. Bu cəhətlərə əsasən şagirdlərin dərsdə diqqətli olub-olmamadıqlarını müəyyənləşdirmək mümkündür. Lakin, zahirən diqqətli kimi görünən şagird daxilən dalğın vəziyyət də keçirə bilir. Ona görə də, şagirdin dərsə diqqətli münasibət bəsləyib-bəsləməməsini yalnız diqqətin zahiri ifadələrinə görə deyil, həm də şagirdin dərsdə psixi fəallığına görə müəyyənləşdirmək lazımdıır.

 

Dərsdə diqqətsizliyin əsas səbəbləri materialın şagirdlərin yaş və bilk səviyyələrinə uyğun olması, müəllimin materialı yaxşı bilməməsi, onu şagirdlərə ətraflı çatdırmaması, nitqin sönüklüyü, yeknəsəkliyi, şagirdin xəstə olması, əsəbi vəziyyət keçirməsi, onun ailəsində baş verən xoşagəlməz hallar və s. ibarətdir. Müəllim şagirdlərdə baş verən diqqətsizliyin bu kimi səbəblərini vaxtında müəyyənləşdirməli və onları öz qüvvəsi, valideyn və həkimlərin köməyi ilə aradan qaldırmalıdır.


Dərsdə müəllim nitqinin mənimsənilməsi daha böyük əhəmiyyət kəsb edir, çünki yeni dərsi ilk mərhələdə (müəllimin şərhi və izahı zamanı) mənimsənilməsi qavrama həddini keçdikdən sonra mümkün ola bilir. Müəllim nitqinin qavranılmasında şagirdlərin eşitmə analizatoru mühüm rol oynayır. Ona görə də şagirdlərdə eşitmə analizatorunun normal fəaliyyət göstərməsi zəruridir. Olduqca zəif, yaxud qüvvətli nitq qavrama həddindən aşağı və ya yuxarı olduğu üçün şagirdlər tərəfindən yaxşı mənimsənilmir. Eyni tonlu, zəif tipli nitq də pis qavranılır. Beləliklə, eyni materialın şərhi zamanı nitqin qüvvəsi, tonu və tembrinə xüsusi diqqət verməlidir.

 

Şagirdlər dərsliyi, əlavə ədəbiyyatı oxuduqları zaman əsasən, görmə analizatoruna istinad edirlər. Müəllim və valideynlər şagirdlərin görmə cihazının normal fəaliyyət göstərməsi üçün zəruri olan gigiyenik tələbləri yerinə yetirməlidirlər. Qavramanın səmərəliliyi üçün mətnlərin düzgün tərtibi də əsasdır. Kİçik yaşlı şagirdlərin oxuduqları materialın hərfləri nisbətən böyük olmalıdır. Sözlər və hərflər arasında məsafə nisbətən çox olmalıdır. Cümlələr qısa, aydın və dolğun tərtib edilməlidir. Şagirdlər yuxarı siniflərə keçdikcə, hərflərin ölçüsü kiçilməli, hərf və sözlər arası məsafə azalmalı cümlələrin məzmunu daha da zənginləşməlidir.

 

Qavrama prosesinin səmərəli cərəyan etməsində analizatorların birgə fəaliyyəti daha əhəmiiyyətlidir. Dərsdə çox hallarda bir analizatora (məsələn, eşitmə və görmə analizatoruna) istinad edildikdə qavrama bir tərəfli cərəyan edir və ona görə də az səmərə verir. Təlim prosesində yaxşı nəticə əldə etmək üçün analizatorların birgə fəaliyyətinə daha çox istinad etmək lazımdır.


Təlim prosesində təfəkkür xüsusi rol oynayır. Təfəkkür təlim materialının mahiyyəyinin dərk edilməsinə və şüurlu surətdə mənimsənilməsinə imkan verir. Təfəkkür anlama prosesində təzahür edir. Anlama təfəkkürün nəticəsi kimi üzə çıxır. Şagirdlərdə təfəkkürün səviyyəsi müxtəlif olduğundan anlama dərəcəsi də müxtəlifdir.

 

Anlamanın dərəcəsi materialın əsas cəhətlərinin nə səviyyədə dərk edilməsi və əlaqələndirilməsi ilə ifadə edilir. Proqram materialının tədricən mürəkkəbləşdirilməsi, onun daha mühüm, əsas cəhətlərinin dərk edilməsinin və onlar arasında məntiqi əlaqələr yaradılmasının tələb edilməsi şagird təfəkkürünün inkişafına təkan verir. Dərsdə müəllimin izahatı, materialın səbəb və nəticəsi əlaqələrinin üzə çıxarılması bu prosesi sürətləndirir. Proqram materialının dərk edilməsi baxımından, yeni dərsin izahı zamanı bəzi qüsurlar müşahidə olunur.

 

Buraya sözcülük, nitqin həddindən artıq sxematikliyi, materiala az əlaqədar olan fikri yayındıran misalbazlıq, izahatıı ardıcıl olmaması, materialın şagirdlərin səviyyəsinə uyğun olaması və s. aid edilə bilər. Buna görə də şagirdin təfəkkürünü düzgün inkişaf etdirmək üçün müəllim bu kimi qüsurların qarşısını dərhal almalıdır.


Şagird təfəkkürünün inkişafında anlayışların səmərəli mənimsənilməsi müsbət əhəmiyyətə malikdir. Orta məktəbdə tədris edilən hər bir fənn şagirdlərdə o fənnə aid ardıcıl elmi anlayışlar verir. Anlayışların formalaşması şagirdlərdə materialist dünyagörüşünün yaranmasına böyük təsir göstərir.

 

Məktəbdə anlayışların düzgün mənimsənilməsində aşağıdakı şərtlərə əməl etmək faydalıdır:


1.Anlayışlar sadədən mürəkkəbə, konkretdən mücərrədə doğru gedən xətt üzrə mənimsədilir.


2.İlk növbədə şagirdlərə yaxın olan, onların irəlicədən müəyyən dərəcədə tanış olduqları anlayışlar, sonra isə tədricən onlar üçün tamamilə yeni olan anlayışlar mənimsədilir.


3.Yeni anlayışların mənimsədilməsi şagirdlərin vaxtilə mənimsəmiş olduqları anlayışlara əsasən aparmalı və yeni anlayışlar şagirdlərin mənimsədikləri.


4.Anlayışlar problemli situasiya prosesində meydana çıxmalı və şagirdlərin yaradıcı təfəkkürünə əsaslanmalıdır.


5.Şagirdlər anlayışların müəllim, zəruri cəhətlərini mənimsəməklə yanaşı, onların mühüm olmayan, ikinci dərəcəli cəhətlərini də öyrənməlidirlər. Bu, şagirdlərdə mövcud anlayış haqqında tam təsəvvür yaratmağa imkan verə bilər.


6.Hər yeni anlayış mənimsədilərkən qabaqlayıcı inikas nəzərə alınmalıdır. Yeni anlayış, məhz köhnə anlayışlar fonunda təşəkkül tapmalı və özündən sonra gələcək anlayışla əlaqələndirilməlidir, keçmiş anlayışdan nəşət etməli və gələcək anlayışın yaranmasına zəmin hazirlamalıdır.


7.Anlayışların formalaşdırılması üç əsas mərhələdən: qavrayış, təsəvvür və ümumiləşdirmə mərhələlərindən keçməlidir.


8.Yenicə mənimsənilmiş anlayışları beynində möhkəmləndirmək üçün onları tətbiq etmək lazımdır. Anlayışlar yalnız nəzəri təfəkküfü deyil, eyni zamanda praktik təfəkkürü də inkişaf etdirir. Anlayış yalnız nəzəri deyil, həm də praktik material kimi mənimsənilməlidir.


9.Anlayışlar aydın, qısa və dəqiq formada ifadə edilməlidir.


10.Hər bir anlayış özünəməxsus emosional bəzəyə malik olmalıdır.


Psixoloqlar anlayışların mənimsənilməsi dinamikasını öyrənmək məqsədilə bir sıra tədqiqatlar aparmışlar.

 

L.M.Kobyukovanın tədqiqatı bu cəhətdən maraqlı və diqqəti cəlb edir.

 

O, tarixi anlayışların mənimsədilməsi dinamikasını öyrənərək onun aşağıdakı mərhələlərini müəyyənləşdirmişdir.


1.Diferensiallaşdırılmış mənimsəmə mərhələsi. Bu mərhələdə şagirdlər anlayışların yalnız ümumi cəhətlərini mənimsəyirlər. Onlar xüsusi əlamətləri ümumi əlamətlərdə ayıra bilir mühüm və mühüm olmayanları fərqləndirnəyi bacarır, lakin oxşar anlayışları qarşılaşdırırlar.


2.Diferensiallaşmış, lakin kifayət qədər ümumiləşməmiş mənimsəmə mərhələsi. Bu mərhələdə şagirdlər ümumi və xüsusi cəhətləri, mühüm və mühüm olmayanları müəyyənləşdirir, lakin mühüm cəhətləri tam dəqiqliyi ilə təcrid edə və dərəcələrinə ayıra bilmirlər.


3.Diferensiallaşmış və sistemləşmiş mənimsəmə mərhələsi. Bu mərhələdə şagirdlər ayrı-ayrı cəhətlərini düzgün müəyyənləşdirir və sistemləşdirir və təcrid edə bilmirlər.


Anlayışların formalaşmasının bu mərhələsini ümumi hal kimi qəbul etmək olmaz. Lakin, digər anlayışların spesifik cəhətlərini nəzərə alaraq tarixi anlayışların formalaşmasının bu kimi mərhələlərindən istifadə etmək olar.


Material nə qədər yaxşı qavranılsa və dərk edilsə də, beyində hifz edilib nəqşləndirilməzsə- yadda saxlanılmazsa və yada salınmazsa mənimsəmə səmərəli olmaz. Ona görə də, mənimsəmə prosesində hafizə mərkəzi yer tutur. Mənimsəmə prosesində hafizəsinin roluna aid çoxlu tədqiqatlar aparılmış və qiymətli nəticələr əldə edilmişdir.

 

Bu nəticələri ümumiləşdirdikdə məlum olur ki, şagirdlərin yaddasaxlama imkanları ilə informasiya axını arasındakı ziddiyyətlər yaddasaxlamanın hərəkətverici qüvvəsi hesab olunur. Bu ziddiyyəti aradan qaldırmaq üçün yaddasaxlamanın şərt və amillərini üzə çıxarmaq lazımdır. Yaddasaxlamanın əsas amilləri analiz, sintez, müqayisə, fikri əlaqələndirmə, mücərrədləşdirmə, təsnif kimi əməliyyatların şagirdlərin fəaliyyətində yaddasaxlama üsulu kimi formalaşdırılmalıdır.

 

Yaddasaxlamanın şərtlərini isə təqribi olaraq iki yerə ayırmaq olar:


1.Yaddasaxlamanın subyektiv şərtləri: Subyektiv şərtlər subyektin (şagirdin) yaddasaxlanacaq obyektə münasibətindən doğan şərtlərdir. Belə şərtlərdən psixoloji bələdləşmə , məqsəd, təkrar yaddasaxlama , təxəyyüldəcanlandırma, hiss və emosiya, stress, yaddasaxlanılmış bilik və məlumatın tətbiqi, yaddasaxlama prosesinə nəzarət və s. göstərmək olar.


2.Yaddasaxlamanın obyektiv şərtləri: Yaddasaxlamanın obyektiv şərtləri dedikdə ,yaddasaxlama prosesində subyektin fəaliyyətindən asılı olmayan cəhətlər başa düşülür. Bu şərtlərdən yaddasaxlanılacaq materialın xüsusiyyətlərini ,mənalılıq dərəcələrini, təlim prosesinin səmərəli təşkili yollarını ,səmərəli yaddasaxlama şəraitinin yaradılmasını və s.qeyd etmək olar.


Mənimsəmə prosesində səmərəli nəticə əldə etmək üçün yaddasaxlamanın bu kimi xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır.


Təlim prosesi şagirdləri yalnız bilik və məlumatları mənimsətməklə başa çatmır. Bu prosesdə şagirdlərdə müxtəlif bacarıq və vərdişlərin alınması mexanizmi ilə qısaca tanış olaq.


Bacarıq və biliklər dedikdə hər hansı fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün əlverişli üsul, tərz və qaydaların seçilməsi və tətbiq edilməsi başa düşülür. Biliyin əldə edilməsi hələ bacarığa malik olmaq deyildir. Şagird vurma qaydaları haqqında lazımi məlumata malik ola bilər, amma lazım gəldikdə onları tətbiq edə bilməz. Əlbəttə, bacarıq biliklərdən törəyir. Biliksiz bacarıq əldə etmək olmaz.

 

Lakin, bacarıq başqalarının hərəkətlərini kor-koranə təkrar etməklə ifadə olunmur. Bacarıq şagirdin müstəqil, aktiv və ya yaradıcı fəaliyyətinin nəticəsidir. Şagird işin icra qaydalarını yaxşı bildikdə və onu düzgün tətbiq etdikdə bacarıqların təşəkkülü üçün zəmin hazırlanır. Yalnız işin icra qaydalarına yiyələnmək müəyyən bacarığa malik olmaq üçün kifayət deyildir. Bundan ötrü məqsədə çatmaq üçün zəruri olan işin şərtlərini bilmək lazımdır.

 

Məsələn, birinci sinif şagirdi "a" hərfinin şəklini çəkərək yazırsa, bu o deməkdir ki, o, hələ həmin hərfin yazılması şərtinə yiyələnməmişdir.

 

Beləliklə, aydın olur ki, bacarıqların formalaşmasında qarşıya konkret məqsədin qoyulması, bu məqsədi yerinə yetirməyin üsul və şərtlərin müəyyənləşdirilməsi və həmin işin praktikada tətbiq edilməsi mühüm şərtlərdəndir. Bacarıqların yaranmasında hərəkətlərin koordinasiyası, sürəti, dəqiqliyi, düzgün çevik hərəkəti də zəruridir. Bu kimi amillər bacarıqlara yiyələnmə prosesində görülən işə inamı artır, şagirdin müstəqilliyini və mütəşəkkilliyini qüvvətləndirir.




Загрузка...
Həmçinin oxuyun:
Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Məlumatla təmin etmə qaydaları ,  Təşkilati dəstəkləmənin qaydaları

Məlumatla təmin etmə qaydaları , Təşkilati dəstəkləmənin qaydaları

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.