Masallı RTŞ-nin yarıtmaz fəaliyyəti- Tariyel Əkbərov...
Dəfələrlə mətbuatda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətilə bağlı məlumatlar yayılıb.
Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər.
Sözügedən məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Şikayət Masallı rayonun Ərkivan qəsəbə sakini Qabaqcıl Maarif xadimi, Keçmiş SSR-nin Maarif əlaçısı, Tərəqqi medalına layiq görülmüş təqaüdçü, Ali dərəcəli müəllim İltifat İmanqulu oğlu Abdinov tərəfindən daxil olub.
Qeyd edək ki, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdur.
İltifat Abdinov tərəfindən redaksiyamıza daxil olan şikayətdə sözügedən şəxslə bağlı Masallı Rayon Təhsil işçilərinin narazılıqları bildirilir.
Aztəhsil.com saytı olaraq İltifat Abdinov tərəfindən redaksiyamıza daxil olan Tariyel Əkbərovun tərcümeyi-halını təqdim edirik:
1996-cı ildə 47 balla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 2000-ci ildə ali məktəbi bitirib. 2000-2007-ci illərdə Masallı RİH-da qapıçı işləyib.Qapıçı işlədiyi müddətdə Gəncə Müəllimlər İnstitutunda 10 aylıq ixtisasdəyişmə kursunda oxumuş, həmin müddətdə guya Ərkivan qəsəbə 4 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyib.
2007-ci ildə atası dünyasını dəyişdikdən sonra onun yerinə Şıxlar kənd məktəbinə direktor vəzifəsinə təyin olunub. 2009-cu ildə Masallı Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Təhsil Naziri onun şəxsi işi ilə tanış olduqdan sonra T.Əkbərova bu vəzifədə işləmək üçün pedaji təhsilinin olmadığı bildirilib.
2010-cu ildə isə, T.Əkbərov Dövlət Tələbə Qəbulu Komitəsinin həyata keçirdiyi test imtahanından keçməmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə qiyabi daxil olub.
İltifat Abdinovun sözlərinə görə, Tarıyel Əkbərov haqqında dəfələrlə Təhsil Nazirliyi və digər aidiyyatı qurumlara müraciət edilib, heç bir nəticəsi isə olmayıb.
Aztəhsil.com