Agentlik direktoru: "Növbəti tədris ilində Füzuli peşə liseyinə tələbə qəbulu planlaşdırırıq"
Füzuli peşə liseyində alternativ enerji, hibrid və elektrik avtomobillərin təmiri ixtisasları da tədris ediləcək".
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlərə açıqlamasında deyib.
C.Kərəmov bildirib ki, Qarabağda 8 peşə təhsil müəssisəsi qurulacaq:
"Hazırda Füzulidə peşə liseyinin tikintisi davam etdirilir. Növbəti tədris ilində artıq Füzuli peşə liseyinə tələbə qəbulu planlaşdırırıq.
Eyni zamanda Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda peşə təhsili müəssisələrinin layihələndirmə işləri aparılır.
Həmçinin həmin ərazilərdə tədris ediləcək ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasına da başlamışıq.
Eyni zamanda azad olunmuş ərazilərə qayıdan 6000 vətəndaşın qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunması istiqamətində işlərə başlamışıq. Artıq 120 nəfər bu təlimlərə cəlb edilib".
Direktor onu da qeyd edib ki, növbəti ildən bütün peşə təhsil müəssisələrində bütün ixtisaslar üzrə iqlim ilə bağlı modul əlavə ediləcək.