AzTehsil.com


Xəbərlər / Müəllim
05 mart 2022
1 026


Müharibədən sonra günü-gündən çiçəklənən Ağdam.




Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Ən böyük uğurlarımızdan biri Ağdamın işğaldan azad olunması idi.


Ağdam rayonu 2020-ci il noyabrın 20-də işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini Üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirdi. “Bu bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.”


Ağdamın azad olunması xalqımız üçün böyük qürurdur. Ağdam rayonunun hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi.


İşğaldan azad olunduqdan sonra Ali Baş Komandan bir neçə dəfə Ağdamda səfərdə olub. Növbəti belə bir səfər fevralın 13-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I Vitse Prezident Mehriban Əliyeva Ağdam rayonuna səfər etdilər. Səfər zamanı Prezidentimiz bildirdi ki, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi qısa müddət ərzində Ağdamin yenidən qurulmasına imkan verir. Qısa müddət ərzində görülmüş işlərin yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracağını söyləyən cənab Prezident, Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoydu.


Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşasının və iş yerlərinin açılmasıdır. Ali Baş Komandanımız burada yaşayacaq ağdamlıların işlə təmin olunacağını, iş yerlərinin yaradılması ilə bağlı əlavə addımların atılacağını, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisənin işə başlayacağını söyləyib.Müsahibəsi zamanı bildirib ki, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar.


Prezidentimiz işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunduğunu bildirib.O söyləyib ki,“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir.


Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Ali Baş Komandan avtomobil yolunun təqribən bir ilə hazır olacağını bildirib. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır.


İşğaldan azad olunmuş bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaqdır.


Prezidentimiz Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri ilə yanaşıbütün tarixi və dini abidələrin bərpa olunacağını söyləyib.Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi.


Ali Baş Komandan sonda onu da bildirib ki,Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalı, beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalı, ancaq heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır.Ermənistanda baş qaldıran revanşist qüvvələr hər an Azərbaycan ordusu tərəfindən məhv oluna bilər. Azərbaycan xalqı öz torpaqlarını qan tökərək, şəhidlər verərək qaytarıb və biz ermənilərə imkan vermərik ki, bir daha bizim torpaqlara hərbi yolla ayaq bassınlar.

Mətanət Şamilova,

Xəzər rayonu, 230 №li tam orta məktəbin müəllimi




Загрузка...
Həmçinin oxuyun:
Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb

Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb

Azərbaycan dünyanın ən zəngin, coğrafi mövqeyi mükəmməl olan bir regionunda yerləşir.

Azərbaycan dünyanın ən zəngin, coğrafi mövqeyi mükəmməl olan bir regionunda yerləşir.

Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə səmimi söhbəti - VİDEO

Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə səmimi söhbəti - VİDEO

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Deyirlər ki , müstəqilliyi qoruyub saxlamaq, müstəqilliyi əldə etməkdən çətindir.

Deyirlər ki , müstəqilliyi qoruyub saxlamaq, müstəqilliyi əldə etməkdən çətindir.

İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı

İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri – VİDEO

İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri – VİDEO

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Ağdam rayonunun təhsil statistikası

Ağdam rayonunun təhsil statistikası

Ağdamın məşhur “Çay evi”

Ağdamın məşhur “Çay evi”

Xocalı soyqırımından 30 il keçir

Xocalı soyqırımından 30 il keçir

DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib

DSX Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi keçirilib