AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
04 oktyabr 2021
1 553


İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü



İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqı müjdələməsindən bir il ötdü

 

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad olunmasının bir ili tamam olur.

Ötən ilin bu günü, 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra düşmən tapdağından azad olundu.

Müzəffər Ali Baş Komandan Cəbrayıl şəhərinin əsarətdən azad edilməsi xəbərini Azərbaycan xalqına bu çıxışı ilə çatdırmışdı:

"Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 

İşğal nəticəsində rayona külli miqdarda ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Nəhayət, 4 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan Ordusu düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayıl şəhərini işğaldan azad etdi.

4 oktyabr 2020-ci ildə həmçinin Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri də düşmən tapdağından xilas edildi.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.
 



Загрузка...
Həmçinin oxuyun:
Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri dəyişdirilib

Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri dəyişdirilib

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Baş Leytenant Əzizov Elçin

Baş Leytenant Əzizov Elçin

Aİİ-nin rektoru vəzifəsindən azad edildi

Aİİ-nin rektoru vəzifəsindən azad edildi

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Şəhid Zamin Rəhimov : “Bilsəniz ki, harada dayanmışam o yerdən əyilib öpərdiniz”

Şəhid Zamin Rəhimov : “Bilsəniz ki, harada dayanmışam o yerdən əyilib öpərdiniz”

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

Cəbhədə son vəziyyət – Müdafiə Nazirliyindən AÇIQLAMA

Cəbhədə son vəziyyət – Müdafiə Nazirliyindən AÇIQLAMA

Şəhidlik zirvəsinə ucalan  Mirzəyev Elyar

Şəhidlik zirvəsinə ucalan Mirzəyev Elyar

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Baş çavuş Tural Bayramlı

Baş çavuş Tural Bayramlı

Aprel şəhidimiz Mahmud İbrahimovun doğum günüdür

Aprel şəhidimiz Mahmud İbrahimovun doğum günüdür