Bakıda 11 yaşlı məktəblini bıçaqlayan şəxsin istintaqı bitdi
Bakıda 11 yaşlı uşağı bıçaqlayan şəxslə bağlı istintaq işi yekunlaşıb.
Bu ilin iyun ayında 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Sərkar Ağamirzə oğlu Həsənov Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 2012-ci il təvəllüdlü Ömər Rufis oğlu Məmmədli ilə aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.
Hadisədən dərhal sonra Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə təqsirləndirilən şəxsə ittiham irəli sürülüb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, hələlik hakim təyin edilməyib