Həsən Həsənli: Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri ehtiyat kadrlar hesabına doldurulacaq
Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.
Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.
O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq:
“Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar”.