Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq
Bu gün 25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, SABAH Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş 21 elmi-tədqiqat laboratoriyası, 23 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.
Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını, təhsildə innovasiya fəaliyyətinin, bilik və bacarıqlarının daim inkişaf etdirilməsini, praktiki vərdişlərə malik istedadlı mütəxəssislərin sayının artırılmasını, innovativ və dinamik təhsil proqramlarının tətbiq olunmasını, gənc tədqiqatçıların ölkəmizin iqtisadi və texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini əsas götürən BDU-da Tələbə yataqxanası, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi fəaliyyət göstərir. Artıq iki ildən çoxdur ki, tətbiq edilən “Code Academy” layihəsi çərçivəsində BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün şərait yaradılmışdır.
BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın “BLACKBOARD” platformasının tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil pillələrində ikili diplom proqramları həyata keçirilir.
Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üzrə “Statistika”, “Meliorasiya mühəndisliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları açılıb. “Statistika” ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, “Meliorasiya mühəndisliyi” ixtisası Coğrafiya, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.
Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!
BDU-da 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:
Geologiya fakültəsi
Geologiya
Geologiya və geofizika mühəndisliyi
Mədən mühəndisliyi
Meliorasiya mühəndisliyi
Coğrafiya fakültəsi
Coğrafiya
Coğrafiya müəllimliyi
Davamlı inkişafın idarə edilməsi
Geomatika və geodeziya mühəndisliyi
Hidrometeorologiya
Turizm işinin təşkili
Ekologiya və torpaqşünaslıq fakültəsi
Ekologiya
Torpaqşünaslıq və aqrokimya
Yerquruluşu və daşınmaz əmlakın kadastrı
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Kompüter elmləri
İnformatika müəllimliyi
İnformasiya təhlükəsizliyi
Mexanika-riyaziyyat fakültəsi
Riyaziyyat
Riyaziyyat müəllimliyi
Mexanika
Fizika fakültəsi
Fizika
Fizika müəllimliyi
Mühəndis fizikası
Kimya fakültəsi
Kimya
Kimya mühəndisliyi
Kimya müəllimliyi
Biologiya fakültəsi
Biologiya
Biologiya müəllimliyi
Su bioehtiyatları və akvabitkilər
Biotexnologiya
Bitki mühafizəsi
Qida mühəndisliyi
Hüquq fakültəsi
Hüquqşünaslıq
Jurnalistika fakültəsi
Jurnalistika
Filologiya fakültəsi
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
Filologiya: alman dili və ədəbiyyatı
Filologiya: Azərbaycan dili və ədəbiyyatı
Filologiya: fransız dili və ədəbiyyatı
Filologiya: ingilis dili və ədəbiyyatı
Filologiya: rus dili və ədəbiyyatı
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya
Sosiologiya
Sosial iş
Fəlsəfə
Təhsildə sosial-psixoloji xidmət
Korreksiyaedici təlim
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Beynəlxalq münasibətlər
Dövlət və ictimai münasibətlər
Politologiya
İqtisadiyyat
Beynəlxalq ticarət və logistika
Maliyyə
Biznesin idarə edilməsi
Menecment
Statistika
Tarix fakültəsi
Tarix
Tarix müəllimliyi
Regionşünaslıq (Qafqaz üzrə)
Regionşünaslıq (Amerika üzrə)
İnformasiya və sənəd menecmenti fakültəsi
Kitabxanaçılıq və informasiya fəaliyyəti
Muzey, arxiv işi və abidələrin qorunması
Şərqşünaslıq fakültəsi
Filologiya: Ərəb dili və ədəbiyyatı
Filologiya: Fars dili və ədəbiyyatı
Filologiya: Türk dili və ədəbiyyatı
Filologiya: Çin dili və ədəbiyyatı
Regionşünaslıq: Çin üzrə
Regionşünaslıq: Ərəb ölkələri üzrə
Regionşünaslıq: İran üzrə
Regionşünaslıq: İsrail üzrə
Regionşünaslıq: Koreya üzrə
Regionşünaslıq: Pakistan üzrə
Regionşünaslıq: Türkiyə üzrə
Regionşünaslıq: Yaponiya üzrə
Tərcümə (Ərəb dili üzrə)
Tərcümə (Fars dili üzrə)