Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçirilir
Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlər link vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.