Magistraturaya qəbul olunanların qeydiyyatı başlandı
Bu gündən ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu başlayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat prosesi iyulun 31-də saat 18:00-da yekunlaşacaq.